11 günə 4 kilo verin

11 günə 4 kilo verin. Mütəxəssis Diyetoloq Səlahəddin Dönməzdən beş ipucu!

Yumurta, karbohidratı və balığı qidalanmanızdan əskik etməyin. Yeməyə şorba ilə başlayın və arada süd və qatıq ilə aclığınızı basdırın. Bu şəkildə qiadalanaraq 11 gün kimi qısa müddətdə 4 kilo verib istədiyiniz bədən quruluşuna sahib ola bilərsiniz.

Səhv tətbiq olunan arıqlama diyetlərinin bədəndəki mənfi təsirləri təxminən iki il içində meydana gələr. Davamlı yorğunluq, saçlarda tökülmə, hərdənbir ağız içində ağ yaraların meydana gəlməsi, çətin və yorğun oyanma ilə qısa məsafələri gedərkən belə yaranan təngnəfəslik; balanssız diyetlərdə ilk müşahidə edilən tapıntılardır.

Nizamlı və davamlı kilo verib qısa zamanda sağlam bir şəkildə zəifləmək istəyirsinizsə, mütəxəssis Diyetoloq Səlahəddin Dönməzdən beş ipucu!

  1. Yumurtasız günə başlamayın. Yumurta təşkil edən bir nahar; iştahı artırıcı bir hormon olan grelinin azalmasına köməkçi olar. Əgər diyabetiniz yoxdursa, genetik olaraq ürək xəstəliyinə uyğunluğunuz tapılmırsa; hər gün bir ədəd yumurta yeməyiniz qanda müsbət xasiyyətli xolesterolunuzun da artmasına səbəb olar. Yumurta yeyərkən diqqət yetirməyiniz lazım olan ən əhəmiyyətli nöqtə; yaxşı bişirilmiş olmalı və yanında mütləq tünd yaşıl yarpaqlı təzə tərəvəzlərlə istehlak edilməlidir.

  2. Hər payda karbohidrat. Sağlam karbohidratları hər payda saxlayın. Buğda, yarma, kəpəkli düyü, kəpəkli makaron və tam dənəli taxıllardan hazırlanan çörəklər müqavimətli nişastanı yüksək səviyyədə təşkil edərlər. Bunun xaricində təzə tərəvəzlər, təzə meyvələr və quru yemişlərin qovrulmamış olanları da yüksək antioksidan, sağlam doymamış yağ turşuları və prebiyotikləri təşkil etdiyindən zəifləmə diyetlərində mütləq olması lazım olan yeməklərdir. Burada diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə; taxılların yüngül diri bişirilməsi, təzə tərəvəzlərin çiy və ya buxarda servis edilməsi və təzə meyvələrin qabıqlı istehlak edilməsidir.

  3. Günə şorba ilə başlayın. Tərəvəz, quru paxla şorbaları; zəifləyərkən bədəndə ziyan yaradan radikal deyilən mürəkkəblərdən təmizlənməyi təmin edərkən; toyuq, hind toyuğu, qırmızı ətlərlə hazırlanan dənəli şorbalar isə beyində seratonin deyilən hormonun ifraz olunması ilə sıx tox qalma duyğusunu təmin edə bilər. Şorbaları istehlak edərkən; dənəli, yəni tapdalamağa imkan verən növdə olmasına diqqət edin.

  4. Atışdırmaq istədikdə qatıq və ya süd istehlak edin. Aclıq hiss etdikdə süd və qatıq istehlak etmək diyeta ilə bağlı stressin meydana gəlməsinə mane olar. Zəifləmə ilə bağlı konsentrasiya pozuqluqlarını nizamlayacaq ən əhəmiyyətli iki qida; süd və qatıqdır. Süd və qatığı yağlı toxumlar dediyimiz qoz, fındıq, fıstıq, badam və nüvə növləri ilə yemək, daha sürətli kilo itkisini təmin edər.

  5. Balıq yeyərək kilo verin. Şorbanın ardından balıq yeyənlərin kalori yandırma sürətinin artdığı və asan kilo verdiyi müşahidə edilmişdir. Çünki balığın həzmi daha asan, sürətli və sağlam bir şəkildə gedir. Naharların birində ortalama 170 qram qədər balıq yemək, sürətli kilo vermənin açar düsturudur. Kiçik amma həyat qurtarıcı bir düstur vermək istəyirəm. Əgər balıqları təmizləyərkən dəri, qarın və arxa qisimlərdəki yağları yaxşıca sıyırsanız xərçəngə səbəb olan və balığın bu seqmentlərində daha çox yığılan dioksin, civə və digər toksinlərdən də qorunmuş olarsınız.

Yorum Gönder

0 Yorumlar