Qeyd edək ki, sırğalar müxtəlif formada olur: damcı, mismar, disk, asma-sırğalar, klipslər, üzük və nazik sap formasında.
Oval üz formasına hər növ sırğalar yaraşdığı üçün bu ən universal üz forması sayılır. Üzün gözəlliyini damcı, üzük, kvadrat, formada olan sırğalar, həmçinin qabarıq klipslər və mismar sırğalar vurğulamağa kömək edəcəklər. Bu üz formasında olan xanımlara yastı və uzun asmalardan uzaq durmaları məsləhət görülür, çünki onlar üzü vizual olaraq dartır.
Yumru üz sahibələrinə isə, əksinə, uzadılmış asma-sırğalar, incə sap formasında olan sırğalar, oval və damcı formasında olan sırğalar məsləhət görülür. Belə formada olan sırğalar yumru sifəti vizual olaraq uzada bilirlər. Üzük və disk formasında olan sırğalar üzü daha geniş göstərdikləri üçün onları seçmək məsləhət deyil.
Ürəkşəkilli və rombabənzər üz formaları olan xanımlar yumşaq əyriliklərlə olan uzun asma-sırğaları seçə bilərlər. Belə forma üz cizgilərini düzəldib, çənənin kəskin xətlərini hamarlayacaq.
Üçbucaqlı üz formasında olan xanımlara isə daha çox üzün aşağı hissəsini vizual olaraq genişləndirən üzük, mismar formasında olan sırğalar, uzun asmalar, qeyri-adi abstrakt formalı sırğalar uyğun gələcək.
Geniş alın və uzadılmış çənə ilə düzbucaqlı üzü vizual olaraq yumşaltmaq lazımdır. Buna görə oval və yumşaq formalı elementlərlə sırğalar seçmək lazımdır. Bu güllər və ya səkkizlik şəklində olan sırğalar ola bilər. Qabarıq, yumru sırğalar və ya klipslər vizual olaraq üz cizgilərini genişləndirdikləri üçün belə üz formasına uyğun gəlməzlər.
Çox arıq və uzadılmış üzü qabarıq klipslər və ya mismar və qısa damcı formasında olan sırğalarla daha geniş etmək olar.
Geniş üz cizgilərini isə incə və uzun sap formasında olan sırğalarla tarazlaşdırmaq olar.
Əziz xanımlar! Sırğaları gözlərinizin, saçlarınızın və ya geyiminizin rənginə uyğun seçsəniz daha yaxşı olar. Gündüz qısa, səliqəli və çox böyük olmayan sırğalardan, axşam isə uzun asmalardan və damcı formasında olan sırğalardan cəsarətlə istifadə edə bilərsiniz.

0 Yorumlar