Uşağın belə hazırlaya biləcəyi, yumşaq, asan və son dərəcə dadlı tort resepti təqdim edir...
Yumşaq tort (xamalı krem ilə)
Zərif və asan hazırlanan tort resepti!
Tort xəmiri:
- 2 yumurta
- 200 q şəkər
- 1/2 banka qatılaşdırılmış süd («moloko»)
- 250 q xama
- 240 q un
- 1 çay qaşığı soda
Tort kremi:
- 200 q kərə yağı
- 1/2 banka qatılaşdırılmış. süd
Tort hazırlanması:
Yumurta şəkərlə ovulur, qatılaşdırılmış süd, xama, soda(sirkəylə söndürülmüş) qarışdırılır (mikserlə çalınsa daha yaxşı olar). Un əlavə olunur. Xəmir yoğurulur — xəmir xama kimi qatı olmalıdır. Xəmir 4 yerə ayrılır. Qeyd: xəmirin 2 hissəsinə kakao əlavə etsəniz daha ləzzətli olar. 4 biskvit təxminən 200 dərəcə temperaturda 10-15 dəq ərzində bişirilir.
Krem hazırlayırıq: qatılaşdırılmış süd ilə yumşaldılmış yağ qarışdırılır. Kremə ovulmuş şokoladda əlavə etmək. Biskvitlərin arasına, üstünə kremi çəkirik və zövqə görə bəzəyirik: şokolad yaxud biskvit qırıntılarıyla, həmçinin üzərinə əridilmiş şokolad tökmək olar. Əminəm ki bu ləzzətli tort smetanlı kremlə ,yaxınlarınızın, qonaqlarınızın çox xoşuna gələcək.
Nuş olsun!


0 Yorumlar