Uşaqlarınızın sevdiyi toyuq nuggets'ləri artıq siz də hazırlaya bilərsiz.


Ərzaqlar;

  • Toyuğun 2 döş əti
  • 2 yemək qaşığı un
  • 2 yumurta
  • 2 yemək qaşığı zeytun yağı
  • Duz
  • İstiot

Bulaşdırmaq üçün;

  • 1 stəkan un
  • 1 stəkan suxarı ovuntusu
  • 2 yumurta

Qızartmak üçün;

  • Duru yağ

Hazırlanması;

Toyuğun döş ətini ətçəkən maşında çəkin. Yumurta, un, zeytun yağı, duz, istiot əlavə edib qarışdırın. Biraz ələ yapışan olacaq. Əlinizi yağlayıb qoz boyda kündələr hazırlayın və əlinizlə üstündən basın.

Geniş bir tavaya yağ töküb qoyun qızsın.

Un, suxarı ovuntusu və yumurtanı ayrı ayrı qablara qoyun. Hazırladığınız nuggetləri əvvəlcə una sonra yumurtaya sonra isə suxarıya batırıb, yağda 2 tərəfin qızardın. Qızardılmış nuggetləri salfetin üzərinə qoyun ki yağı çəksin.

Yorum Gönder

0 Yorumlar