Kişilər niyə seks üçün pul ödəyir?


Fahişələrə baş çəkən kişilər barədə stereotip bir imic formalaşıb. Amma bəs onların özləri seks üçün pul xərcləmələrini necə izah edirlər?


Fred
Fred və Laura birlikdə gəzintiyə çıxırlar, həftəsonları harasa istirahətə gedirlər, dükan-bazarı dolaşırlar və tez-tez kafe və restoranlarda yeyirlər.

Onlar televizorda gördüklərinə birlikdə gülürlər. Amma dava-dalaş və mübahisə etməyi də bacarırlar.

Fred öz mətbəxində yemək hazırlayarkən Laura oturur və elə hey pıqqıltı ilə gülür. Etiraf edir ki, biş-düş edənin başqası olması onun xoşuna gəlir.

Bütün cütlər kimi onların da yaxşı-pis günləri olur. Lakin onlar başqa cütlər kimi deyillər.

Fred onunla vaxt keçirdiyi və sekslə məşğul olduğu üçün Lauraya pul ödəyir.

Onlar artıq altı ildir ki, görüşürlər.

Seksi pulla almağın səhv bir iş olub-olmadığı və onun qeyri-leqal elan edilməsinin zəruriliyi barədə qızğın, lakin nəticəsiz debatlar gedir.

Amma bu debatlar zamanı bir sualı çox nadir hallarda soruşurlar: Kişilərin onlarla yatmaları üçün qadınlara pul ödəməsinin səbəbi nədir?

“Biz ilk dəfə elan lövhəsinin qarşısında rastlaşmışıq - təqaüddə olan Fred deyir– və mən ondan soruşdum ki, gecəni mənimlə oteldə keçirmək istərdimi?”

O deyir ki, bu lap ilk görüşə bənzəyirdi, “bir-birinizi öyrənirsiniz, bələd olursunuz”.

“İndi isə biz bir-birimizi o qədər yaxşı tanıyırıq ki, Fred görüşə gəlməzdən əvvəl mənim bank hesabıma pul köçürür” – deyir Laura.

Fred ucqar kənd yerində yaşayır, uzun illər anasına baxıb, ona dayəlik edib. O deyir ki, adamlarla görüşmək imkanı olmayıb və buna görə də seks üçün pul ödəmək qərarına gəlib.

Yorum Gönder

0 Yorumlar