Bu dəfə də Türkan Devricova adlı izləyicimiz "Avva Nail City" gözəllik salonunda xoşagəlməz hal ilə üzləşib. Belə ki, gözəllik salonunda Türkan xanımın dırnaqlarını bərbad vəziyyətə qoyublar. Manikur zamanı isə dırnaq əti qanadılaraq mikrob təhlükəsi yaranıb. Bu səbəbdən xanım Devricova digər xanımların sağlamlıqlarını təhlükəyə atmamaları üçün sosial media hesabında paylaşım edib. Türkan xanım ifadə azadlığından istifadə edərək salonun xidmətindən narazı qaldığını ifadə edib.
Lakin bu paylaşımdan sonra gözəllik salonun rəhbərliyi xoşagəlməz nəticəni aradan qaldırmaq əvəzinə Türkan xanıma psixoloji təzyiq göstərməyə və onun şərəf və ləyaqətini alçaldan SMSlər yazmağa başlayıblar.
Qeyd edək ki, bu hadisə "Avva Nail City" gözəllik salonu ilə bağlı ilk hadisə deyil. Sosial mediada bu salonun xidmətlərindən narazı digər istifadəçilərin də paylaşımları mövcuddur.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

0 Yorumlar