Göz qələmini 3 aydan artıq işlətməyin - xəbərdarlıq!

Kosmetik vasitələr qadınları gözəl göstərə bilər, ancaq düzgün istifadə edilməyəndə xoşagəlməz nəticələrə səbəb olar.

Kosmetika istifadəsindəki səhvləri təqdim edirik:

  • Kosmetikanı təmiz əllərlə dərinizə vurun.

  • Kosmetik vasitələri quru, günəş işığından uzaq, qaranlıq yerdə ağzı bağlı saxlayın.

  • Onları ancaq özünüz istifadə edin, başqaları ilə paylaşmayın.

  • Kosmetik məhsulları bir-biriləriylə qarışdırıb “yeni məhsul” əldə etməyə çalışmayın. “Yeni məhsul”unuz heç bir keyfiyyət standartına cavab vermədiyi üçün məsləhətli deyil.

  • Bitmiş şampun, bədən geli, üz təmizləmək üçün vasitələrinizə su doldurub işlətməyin. Bunun heç bir mənası yoxdur, su doldurmaqla o məhsulu tamamilə məhv edirsiniz, sizə faydası olmaz.

  • Aldığınız vasitələri təyinatı üzrə istifadə edin. Dodaq boyasını ənlik kimi, yaxud dodaq qələmini göz qələmi kimi deyil.

  • Kosmetik vasitələrin son istifadə tarixlərinə mütləq diqqət edin. İstifadə tarixi keçən şeyləri atın. Göz qələmlərinizi açandan sonra ən çoxu 3 ay işlədin.

  • Dərinizin xüsusiyyətinə uyğun məhsullar alın. Quru və ya yağlı dərilər üçün olduqlarına fikir verin.

  • Onları inandığınız yerlərdən alın.

  • Makiyajınızı gecə mütləq təmizləyib yatın.


//axsam.az

Yorum Gönder

0 Yorumlar