- “Sənin üçün darıxdım, sən də mənim üçün darıxmısanmı?” Bu cür mesaj oğlan tərəfdən xoş qarşılanmaz. Özünü sorğu-suala çəkilirmiş kimi hiss edər. Sadəcə “sənin üçün darıxdım” yazmaq bəs edər.
- “Məni sevirsən?” - deyə soruşmanız çox yersizdir. Sevgi kəlmələri içindən gəldiyi zaman ağızdan tökülməlidir, məcburi deyil. Kişilər də bu haldan heç xoşlanmazlar.
- “Sənin də sabahın xeyir” uzaqlaşdırıcı mesajlardan biridir. Həmişə sizinlə maraqlanmasını istəmirsiniz kimi görünməniz böyük yanlış olacaq.
- “Ürəyim çox sıxılır” da uzaqlaşdırıcı mesajlardan biridir. Öz sıxıntılarınızı özünüz həll edin, qarşınızdakından gözləməyin
- “Yaxşı, özün bilərsən”. Kişilər bu tərz insanlardan qaçarlar.
- “Köhnə dostumla görüşəcəyəm” çox riskli bir mesajdır. Köhnə dost deyəndə ilk olaraq əks cins qəbul edilir və gərginlik yaradır.
- “Niyə cavab yazmırsan?” mesajı çox sürətlə uzaqlaşmaq üçün bir səbəbdir. Kişilər bu cür şeylərdən heç xoşlanmazlar. Yazdınızsa, cavab gələnə kimi səbr edin.
//Lent.az

0 Yorumlar