Ağ gil, gillər arasında ən yumşaq olanıdır və həssas dərilər çox üçün uyğundur.
- Ağ gilin dəriyə faydaları nələrdir?
- Dərini nazikcə təmizləyərkən dəridəki qan dövranını yaxşılaşdırır.
- Mükəmməl məsamə təmizləyicisidir.
- Quru dərilər üçün ideal baxım təmin edir.
- Təbii mineral artırıcıdır və yaşlanmanın qarşısını alır.
- Dərini rahatladır, yumşaqlıq, parlaqlıq qazandırır.
- Dərini toksinlərdən təmizləyir.
Maska – 1
2 yemək qaşığı ağ gili bir qaba əlavə edib 2 yemək qaşığı içməli suyu üzərinə əlavə edin. Bu qarışımı yumşaq fırça ilə üzünüzə vurun. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su və bir nazik parçanın köməyi ilə təmizləyin. Maskanı sildikdən sonra tonik və nəmləndirici vurun.
Maska - 2
1 çay qaşığı ağ gili qaba qoyun. Gilin üzərinə 1 çay qaşığı qabartma tozu və 1 yemək qaşığı qatıq əlavə edib qarışdırın. Qarışımı üzünüzə vurub tamamilə quruduqdan sonra ilıq suyla yuyun. Əgər maskanı vurarkən dərinizdə göynəmə hiss edirsizsə, dərhal yuyun.
Maska - 3
3 yemək qaşığı ağ gili bir qaba əlavə edin. Gilin üzərinə 2 damcı ərik yağı əlavə edib qarışdırın, sonra 3 damcı zeytun yağı əlavə edin. Krem halına gələnə kimi ilıq su əlavə edin. Üzünüzə vurub 10 dəqiqə saxlayın. Həftədə bir dəfə edin.
Maska - 4
1 çay qaşığı limon suyu, 1 çay qaşığı aspirin tozu, 1 çay qaşığı ağ gili bir qaba əlavə edib qarışdırın. Sızanaqların üzərinə vurub 20 dəqiqə sonra yuyun.
Maska - 5
2 yemək qaşığı ağ gillə 10 damcə ərik çəyirdəyi yağını qarışdırın. Yoqurt halına gələnə kimi az-az gül suyu əlavə ein. Qarışımı gözaltı, dodaqdan başqa bütün üzünüzə vurub 10-15 dəqiq danışmadan qurumasını gözləyin. Quruduqdan sonra ilıq suyla yuyun.
Ağ gil maskası vurmadan əvvəl dərinizi buxara verib yaxşıca təmizləyin.
Maskanı şüşə qabda hazırlayın və maskanın üzdə çox qurumasını gözləməyin.
//aile.lent.az

0 Yorumlar