Yatmazdan əvvəl nəyi iç, nəyi içmə

suu

Yuxusuzluq problemi yaşayırsınızsa, səbəbi yatmazdan əvvəl yeyib-içdikləriniz ola bilər.Gecə yatmazdan əvvəl qəbul olunan qidalar yuxu nizamına olduqca təsir edir.

Rahat şəkildə yatağa girən kimi tez bir zamanda yuxuya gedə bilmək üçün hansı içkiləri içmək ya da hansılarını içməmək lazım olduğu mövzusundakı təkliflərə nəzərə yetirməyinizdə fayda var.

Yaşıl çay əvəzinə başqa bitki çayları için

Şübhəsiz, yaşıl çayın faydalarını saymaqla bitməz, amma tərkibində az da olsa kafein var və bu, sizin yuxunuza təsir edə bilər. Yatmazdan əvvəl yaşıl çay yerinə sizi sakitləşdirəcək çobanyastığı çayı və ya nanəli çay içmənizi tövsiyə edirik.

nane

Portağal suyu əvəzinə albalı suyu için

Portağal və bəzi başqa meyvələrin suyundakı şəkər gecə enerjinizin yüksəlməsinə və ayılmanıza səbəb olur. Bu mövzuda albalı suyunu digər meyvə sularından ayrı tuta bilərik. Albalı şirəsinə melatonin hormonu daxildir. Melatonin bədənin bioloji saatını və ritmini nizamlayır və qaranlıqda daha çox ifraz olunur. Albalı suyundakı melatonin yuxunun gəlməsinə köməkçi olar.

albali suyu

Spirtli içkilər əvəzinə süd için

Spirtli içkilərin insanları rahatlatdığı düşünülür, ancaq bu, hər zaman doğru deyil. Spirt qəbul edib yatağa daxil olduğunuz zaman tam yata bilməzsiniz, bu da yuxusuz qalmağa səbəb olur. Spirtli içkilər yerinə süd içsəniz uzun illər sonra bədəniniz sizə təşəkkür edəcək. ///Sevil

sxud

Yorum Gönder

0 Yorumlar