Uşağınız hər şeydən qorxursa...

u,.aq

Uşaqların qaranlıqdan, sudan, tək qalmaqdan tutmuş oyuncaq ayıya qədər çox şeydən qorxması hamıya məlum olan bir vəziyyətdir. Bəs, bu zaman valideynlərin üzərinə nə cür vəzifələr düşür?

Uşaqlar ucadan səslənən səslərdən, qaranlıqdan, yüksəklikdən, heyvanlardan, tək qalmaqdan, ana-atadan uzaqlaşmaqdan, yadlardan və ya sünnət olmaqdan qorxa bilər. Bu qorxuların onun inkişafının bir parçası olduğunu unutmayın. Diqqət edilməsi lazım olan şey isə qorxuların uşağın yaşı ilə uyğun və əlaqəli olub-olmadığıdır.

Qorxular öz-özlüyündən yarana bilir. Bəzən də ana-atanın uyğun olmayan yaxınlaşmaları ilə aydın ola bilər. Məsələn; uşağınızın sudan qorxduğunu bilə-bilə hovuza və ya dənizə girməsində qətiyyətli olsanız, məcburiyyət tətbiq etsəniz, onun bir ömür boyu bu sahədə qorxu yaşamasına səbəb ola bilərsiniz.

Nə etməli?

Əvvəlcə qorxuların normal ola biləcəyini bilərək uşağınıza hörmət edin. Onu tənqid etməyin. Qətiyyən lağ etməyin. Hətta qorxuyla təmasın mümkünsə, bir müddət təxirə salınması faydalı belə ola bilər. Sonra zaman içində aşağı dozadan başlayaraq qorxuya öyrəşməsi təmin edilə bilər. Qorxularıyla lağ edilən uşaqların ruhi inkişafı iflasa uğrayar. Lağ etmə qapalılığa, narahatlığa, gücsüzlüyə, passiv uşaq inkişafına səbəb olur.

/// Sevil

 

 

Yorum Gönder

0 Yorumlar