Uşağın iştahını azaldan amillər

547910_444130122273643_1529323373_n

İştahsızlıq xəstəlikdən çox uşağın psixoloji durumundan qaynaqlana bilər.

İştahsızlığın səbəbi kimi bir çox uşaq üçün əvvəlcə fiziki bir rahatsızlığın olub-olmadığı araşdırılarkən, digər tərəfdən ruhi çatışmazlıqların olub-olmadığı, emosional bir problemin tapılıb-tapılmaması da araşdırılmalıdır.

Həkimə müraciət edən analar uşağının yemək yeməməsindən şikayətçidir. Ailələrin uşaqlarının daha yaxşı qidalanması və böyüməsi qayğısı artmaqdadır. Bu vəziyyət valideynlərin uşaqların üstünə daha çox düşməsinə və yemək saatlarının az qala münaqişəyə çevrilməsinə səbəb olur. Anaların, xüsusən də, uşağın iştahının açılması üçün həkimdən iştah açan bir dərman istədiyini, ancaq bu cür dərmanların bir xeyri olmadığını vurğulayan həkimlər iştahsızılıq probleminin yaranmaması üçün körpəlikdən etibarən uşaq və ailə davranışlarının izlənilməsi, böyümə sürətinin təqibi gərəklidir. Yemək üçün ağlamayan, qidalanmaları üçün yuxudan oyandırmaq lazım olan və gecə boyu yatan körpələr aclıq siqnalı aşağı olan uşaqlardır. Bəzilərində isə kiçik miqdarlarda belə doyduğunu bildirən işarələr görünür. Ağzına aldığı loxmanı hər səmtə çevirən, yavaş çeynəyən, uda bilməyən, qabındakı yeməyi qurtara bilməyən, nazlanan uşaqlar iştahsız uşaqlardır. İştahsız uşaqda əsas problem böyümə və inkişaf üçün kifayət qədər qidalanmamasının nəticəsində çəki artırma sürətində azalma və ya kilo ala bilməmək nəticəsində boyun uzanmasında fasilə olmasıdır.

Ailədəki münasibətlərin pozulması və rahatsızlıqlar uşağın ruhi yaşamına birbaşa təsir edir, bu hal yeməkdəki iştah problemindən də yan keçmir. Ana və atanın bir-biri ilə dolanışıq problemi uşağın yemək nizamını poza bilir, içindəki gərginliklər uşağın iştahına mənfi istiqamətdə təsir etməkdədir. Təbii ki, yalnız ana və ata arasındakı problemlər deyil, uşağın ana və atasıyla olan ünsiyyəti də əgər problemlidirsə, iştahın azalmasına təsir edir. Yemək mövzusunda uşağı məcbur etmək də səhv nəticələrə səbəb olur. Həkimlər uşağın yeməkdəki seçimləri və yemək saatının da həmçinin iştaha təsir edən ünsürlər arasında iştirak etdiyini bildirir.

korpe

Uşağın iştahını azaldan amillər

- Yeməkdən əvvəl su içmək, şirin qidalar yemək

- Yemək aralarında şokolad, tort, meyvə suyu və s. kimi yüksək kalorili qidalar yemək, həddindən artıq süd içmək

- Yeməkdən əvvəl yorucu fiziki fəaliyyətlərdə olmaq (qaçmaq, topla oynamaq və.s)

- Sevmədikləri qidaları yeməkdə məcbur edilmək

- Yemək əsnasında TV izləmək

- Ev mühitində narahatlıq

- Diş çıxarma əsnasında da uşaqlarda yuxu pozuqğunluqları və iştahsızlıq rastlana bilər

Nə edilməli?

-Buraxın, özü yesin

-Yeməyi az verin, istəyəndə yenidən verin və bunun öhdəsindən əla gəldiyni tərifləyin

-Sizi təqlid edə biləcəyini unutmayın, siz hansı yeməyi seçsəniz, o da onu seçər.

-Tərəvəz yeməkləri, qarışıq qidalara, kəskin dad və qoxulu qidalara qarşı istəksiz ola bilərlər, buna məcbur etməyin

-Son tikəni yeməsi üçün məcbur etməyin ///Sevil

Yorum Gönder

0 Yorumlar