İngiltərədə edilən bir araşdırmaya görə, münasibətlərin stabilləşmə müddəti 11 ay 24 gündür. Bəs, bu mərhələ özünü necə göstərir?
İngiltərədə səhiyyə məhsulları istehsal edən "Measure" adlı şirkət cütlüklərin bir-birlərinin ətrafında "rahat olma" müddətlərini araşdırıb. Bu araşdırma nəticəsində münasibətlərdə üz-göz olma müddətinin 11 ay 24 gün olduğu məlumatı əldə edilib.
"Daily Mail"də yayımlanan xəbərə görə, 2 min adam arasında edilən araşdırma haqqında danışan şirkətin nümayəndəsi: "Cütlüklərin bir-biriləri ilə həqiqətən rahat ola bilməsinin az qala bir il davam etməsi çox maraqlıdır. Münasibətlərinin başlanğıcında olduğu kimi ən mükəmməl halımızla görünmək istəyirik. Nə var ki, zamanla etibarımızın artmasıyla birgə insanların həyatımıza girməsinə icazə veririk. Bəzi insanlar əlaqədə bu mərhələyə gəlməyi romantizmin ölümünün siqnalı olaraq qəbul edə bilər, ancaq partnyorunuzun əhatəsində özünüzü rahat hiss etməyiniz yaxşıya işarədir və hər şeyi paylaşa bilərsiniz "deyib.
Şirkətə görə, bir əlaqənin "üz-göz olma" mərhələsinə keçməsi özünü 30 cür müəyyən edir:
1- Makiyaj etməmək
2- Tualet qapısını açarlamamaq
3- Pijama geyinmək
4- Partner qarşısında qaz çıxarmaq
5- Təraş olmamaq
6- Uyğunsuz alt paltarları geyinmək
7- Partnyorunuzun kirli paltarlarını yumaq
8- Qapı açıqkən tualetdə olmaq
9- Sağlamlıq narahatlıqlarında qarşındakına güvənmək
10- Xəstələndiyinizdə partnyorunuzun sizinlə maraqlanmasına icazə vermək
11- Partnyorunuzun qarşısında ağlamaqdan narahat olmamaq
12- Partnyorunuzun ailəsindən telefon almaq və ya ziyarət edilmək
13- Narahat olmadan həddini aşmaq
14- Partnyorunuz sizinlə məzələndiyində gülə bilmək
15- Evin açarını vermək
16- Çılpaqkən söhbət edə bilmək
17- Evlilik və uşaq haqqında artnyorunuzun fikirlərini bilmək
18- Partnyorunuzun ağzından iy gəldikdə və ya dezodorant vurması lazım olduğunu söyləyə bilmək
19- Partnyorunuzun qarşısında təraş olmaq
20- Partnyorunuzundan qara nöqtənizi sıxmasını və ya maqqaşla tük almasını istəmək
21- Partnyorunuzun qarşısında çimərlik geyimində olmaqdan narahat olmamaq
22- Birlikdə duşa girə bilmək
23- Birlikdə paltar alış-verişinə çıxmaq
24- Partnyorunuzun işə aparması üçün nahar hazırlamaq
25-Partnyorunuzun telefonlarına cavab vermək
26- Cütlüklərin bir-birlərinin evində paltarlarını unutması
27- Cütlüklərin bir-birlərinə komplekslərini açıqlaması
28- Partnyorunuzun cümləsini tamamlaya bilmək
29- Partnyorunuza ləqəblə xitab etmək
30- Köhnə sevgili haqqında olan mövzunu dəfələrlə gündəmə gətirmək
/// Sevil

0 Yorumlar