Unutmayın, sevgilinin qəlbinə gedən yol eyni zamanda öz əllərinizlə bişirdiyiniz yeməkdən də keçir.
4 nəfərlik Bişmə müddəti 50 dəqiqə
İçindəkilər:
- 500 qr langet yumşaq
- az döyülmüş parça ət
- 2 qaşıq duru yağ
- 1 soğan
- 1 yerkökü
- 1 kartof
- 2 diş sarımsaq
- yarım yemək qaşığı tomat
- yarım stəkan qırmızı şərab
- duz, qara bibər və dəfnə yarpağı
Hazırlanması:
Soğanı, yerkökünü, kartofu və sarımsaqları kiçik-kiçik doğrayın. Geniş tava götürün. Yağı tökün və qızdırın. Langetləri yağda önlü-arxalı 5-6 dəqiqəyə qədər qızardın. Qızartdığınız langetləri dibi geniş bir qazana qoyun və qapağını örtün. Eyni yağda doğradığınız səbzələr və dəfnə yarpağını qovurun. Şərab və tomatı əlavə edib qazandakı ətlərin üzərinə yayın. 3-4 stəkan isti su əlavə edib ətlər yumşalana qədər bişirin. Duz və qarabibəri əlavə edin. Kartof püresi və ya makaronla servis edin.
Məsləhət görülən şərab: tünd aromatlı, turş qırmızı şərab səbzəli langetinizə çox uyğundur. Yeməkdən bir neçə saat öncə şərabı açıb, ağzı açıq şərab sürahisində havalandırın. Bu şəkildə şərabın aromatını daha çox hiss edəcəksiniz.

0 Yorumlar