Ən xoşbəxt gününüzdə sizə yoldaşlıq edəcək ayaqqabını seçməkdə çətinlik çəkirsinizmi? Mütəxəssislər gəlin ayaqqabısı seçərkən nələrə diqqət yetirməniz lazım olduğunu belə sıralayır:
- Əvvəlcə özünüzə rahat hiss edə biləcəyiniz və gəlinliyinizin uyğun bir ayaqqabı seçməlisiniz.
- Əgər gəlinliyiniz qaş-daşlı bir modeldən ibarətdirsə, ayaqqabınızda da bu cür modelləri seçim edə bilərsiniz.
- Ayaqqabınız ayağınıza qətiyyən böyük olmamalıdır. Həyəcanlı gününüzdə ayaqqabınızın ayağınızdan çıxması kimi bir risk daşımamalıdır.
- Toyu qışda edirsinizsə, açıq modellərə üstünlük verməyin.
- Əgər mini gelinlik geyinəcəksinizsə, uzun gəlin ayaqqabıları da sizi gözəl göstərəcək.
- Sadəcə fərqli olmasını istəyirsinizsə, şişirdilmiş və ya ağ olmayan rənglər seçməyiniz təklif olunur.
- Normal həyatınızda dikdaban ayaqqabı geyinməyə adət etməmisinizsə, çox yüksək dikdabanlar seçməyin, əgər həmin ayaqqabını geyinməyi ürəkdən istəyirsinizsə, əvvəlcədən ayağınıza geyinib sınaqlar edin. /// Sevil
0 Yorumlar