Kosmetoloq Sədaqət Məmmədova xanım.net-ə dərinizin nəm tarazlığını qoruyacaq bir maska tərifini təqdim edib:
- 3 yarpaq kahı
- 2 yemək qaşığı bal
- 2 yemək qaşığı zeytun yağı
- 3 damla sevdiyiniz bir ətir (istəyə bağlı)
Necə hazırlamalı
Kahı yarpaqlarını əzin və ya blendrdan keçirin. Yağ ilə birlikdə bal və sevdiyiniz bir qoxunu əlavə edib təmiz dərinizə sürərək gözləyin. Dərinizə hopduqca təkrar sürün və 30 dəqiqə gözləyib yuyun. Artıq qalarsa şüşədə saxlayıb 2 gün daha istifadə edə bilərsiniz. Dərinizin nəmli qalmasını təmin etmək üçün qışda yağ əsaslı, yayda isə su əsaslı kremlər istifadə edin.
//Sevil

0 Yorumlar