Hər kəs bilir ki, qazlı su, şirniyyat və energetik içkilər dişlər üçün çox zərərlidir. Amma bu cür zərərli məhsulların siyahısı daha uzundur.
Sitruslar
Bu meyvələrin tərkibində olan C vitamini diş ətində kollagenin optimal səviyyəsinin saxlanılması üçün lazımdır, lakin sitruslardan çox istifadə diş minasına neqativ təsir edir. Dişlər üçün xüsusilə limon, laym və tərkibində şəkər olan portağal suyu zərərlidir.
Badam
Sağlamlıq üçün ən faydalı çərəzlərdən biri badam E vitamini və "sağlam" yağlarla zəngindir. Əfsus ki, badam bərk olduğu üçün, onu yeyərkən dişlərimiz ovula və hətta qırıla bilər.
Konservlər
Tərkibində sirkənin olduğuna görə konservlərin tərkibində çox turşu olur ki, bu turşu dişləri minerallardan məhrum edir. Bəzi konservlərdə isə dişlər üçün çox zərərli şəkər də var.
Quru meyvələr
Bu şərəzlər sudan məhrum edildiyi üçün, şəkərlə zəngin olur və buna görə də onlar sözün əsl mənasında dişlərə yapışaraq bakteriyaların yaranmasına səbəb olur.
Qəhvə
Faydalı antioksidləşdiricilərlə zəngin olan qəhvə dişləri rəngləyir ki, bu da diş ərpinin yaranmasına imkan yaradır.
Yerfındığı yağı
Zülallarla zəngin çox məşhur və dadlı çərəz öz "yapışqanlığına" görə dişlərə yapışır və bu kariyesin riskini artırır.

0 Yorumlar