Sarımsağın dəyəri nədir?
Qara çörək, ətirli günəbaxan yağı, duz və sarımsaq dilimləri çox ləzzətlidir! Hətta əgər siz sarımsağı alma kimi çeynəyə bilməsəniz belə, sarımsaq sizə lazımdır. O ən ucuz məhsullardan biridir. O, sizin həyatınızı asanlaşdıracaq və uzadacaq, sizi səhhətinizdə olan bir çox problemlərdən xilas edəcək.
Sarımsaq xərçəng xəstəliyinin qarşısını alır
Xərçəngin istənilən növünü deyil, amma ən azı düz bağırsaq, yoğun bağırsaq və mədə xərçənginin qarşısını alır. Amma diqqətli olun: Heç bir sarımsaq cövhərli preparatlar sizi xərçəng xəstəliyindən mühafizə edə bilməz. Yalnız təzə tərəvəz.
Sarımsaq sizi viruslardan qoruyur
Sağ olsun sarımsaqda olan bu bolluqda antioksidantlar. Əgər siz sarımsağı yalnız bayramlarda yesəniz bütün bu viruslardan birdən-birə qurtulmayacaqsınız. Mütəmadi olaraq bu tərəvəzdən istifadə etmək lazımdır. Əgər xəstələnsəniz belə, fəsad olmadan, asanlıqla və tez sağalacaqsınız.
Sarımsaq şəkərin səviyyəsini tənzimləyir
Təsadüfi deyil ki, şəkərli xəstələrə sarımsaq yemək məsləhət görürlər. Kəskin olan bu tərəvəz insulinin səviyyəsinin azalmasına kömək edir.
Sarımsaq dərini müalicə edir
Xüsusilə, söhbət sızanaqdan gedir. Çətin ki, iltihabı piy vəziləri həftə ərzində sağalsın, əgər siz hər gün yarım ədəd sarımsaq yeməli olsanız belə. Amma sarımsağın kompres şəklində zahirə tətbiqi dərinin sağalmasına daha tez kömək edir. Sarımsağı ən yaxşısı gecə tədbiq etmək məsləhətdir, səhər isə səliqə ilə yuyunun.
Sarımsaq keçəlləşmənin qarşısını alır
Sarımsağın daha bir xarici tətbiqi. Elmi tədqiqatlar və xalq təcrübəsi sübut edib ki, sarımsaq, dazlaşma prossesi zamanı keçəlləşmənin qarşısını alır. Sarımsağı püre halına salaraq hər gün başınıza çəkin və masaj edin.
Sarımsaq gənələrdən xilas edir
Alimlər bildiriblər ki, mütəmadi olaraq sarımsaq yeyən insanlar gənələrin sancmasından çox az şikayətlənirlər .
Sarımsaq təzyiqi tənzimləyir
Hipertoniklərə sarımsağı birbaşa təyin edirlər. Əgər onu hər gün istifadə etsəniz, təzyiqiniz çox az qalxıb düşəcək.
Sarımsaq psoriozu müalicə edir
Sarımsaq iltihab əleyhinə təsir edib psorioz əlamətlərini azaltmaqda olan köməkçi vasitədir . Ağırlaşmalar zamanı sarımsaq yeyin. O, bu ağırlığı yüngülləşdirərək xəstəliyin dərinliyini xeyli azalda bilər.
Sarımsaq qerpes zamanı kömək edir
Sarımsağı yalnız yeni görünməyə başlayan və ya qaşınan hissəyə sürtdükdə kömək edəcək.
Sarımsaq tikanı çıxarmağa kömək edir
Əziyyət çəkib iynə və maqqaşdan istifadə etməyə ehtiyac yoxdur . Əgər bir xırda doğranılmış sarımsağı bir saat zərər çəkmiş yerə əlavə edib bintlə möhkəm bağlasanız, tikan özü çıxacaq.
Sarımsaq diş ağrısını azaldır
Dişiniz birdən bərk ağrıdıqda, ağrılı yerə sarımsaq qoyun. Ağrı mülayimləşəcək.
Sarımsaq arıqlamağa kömək edir
Sarımsaq xüsusi tərzdə yağ hüceyrələrinə təsir edir. Sarımsaq yeyin və arıqlayın!

0 Yorumlar