İlk növbədə onu deyək ki, bunun üçün bütün vasitələr sizin mətbəxinizdədir. Maska üçün sizə lazım olacaqlar:
- yarım fincan alma sirkəsi
- 1 xörək qaşığı quru nanə
- 1 xörək qaşığı qurudulmuş lavanda yarpağı
- 1 xörək qaşığı rozmarin
- 1 stəkan qaynar su
Sirkə otlar ilə kənarda qarışdırılır. Sonra qaynar suya əlavə olunur və soyudulur. Saçlarınızı şampunla yuduqdan sonra bu məhlulu saçınzın dibindən ucuna qədər çəkin. 5 dəqiqə saxladıqdan sonra soyuq su ilə yaxalayın.
Bu maska istənilən saç tipi üçün uyğundur. Sirkə saçları canlandıracaq və parıltı verəcək, otlar isə təbii ətir və təravət verəcəkdir.
Bu qədər sadə! Buyurun xanımlar.

0 Yorumlar