- Tələb olunur: 1 avokado.
- Hazırlama qaydası: avokadonun çəyirdəyini təmizləmək, püre hazırlamaq.
- Tətbiqetmə. Meyvənin lətini üzə çəkmək və 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yoğurtlu maska
- Tələb olunur: 2 xörək qaşığı yoğurt.
- Tətbiqetmə. Yoğurtu üzə çəkib, 15 dəqiqə saxlamaq. Sərin su ilə yumaq.
Yumurtalı maska
- Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı bal. Hazırlama qaydası: yumurtanın sarısını balla çalmaq.
- Tətbiqetmə. Qarışığı üzə və boyuna yaxmaq, 20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yağlı krem
- Tələb olunur: 3 xörək qaşığı kokos yağı, 2 xörək qaşığı zeytun yağı, 1 xörək qaşığı badam yağı, 1 çay qaşığı arı mumu, 3 xörək qaşığı su, 0,5 çay qaşığı boraks.
- Hazırlama qaydası: mumu su vannasında əritmək, yağları əlavə etmək, yaxşıca qarışdırmaq. Ayrıca suda boraksı əritmək. Hamısını bir yerə yığıb qarışdırmaq.
- Tətbiqetmə. Dərini yumşaltmaq üçün kremi dəriyə çəkmək.
Yulaf maskası
- Tələb olunur: 1 yumurtanın sarısı, 1 xörək qaşığı yulaf lopası, 0,5 xörək qaşığı bal.
- Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
- Tətbiqetmə. Alman qarışığı üzə çəkmək və 15-20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Yağlı dəri üçün ballı krem
- Tələb olunur: 2 xörək qaşığı qliserin, 1 xörək qaşığı bal, 1 çay qaşığı jelatin, 1 həb aspirin, 100 ml su.
- Hazırlama qaydası: jelatini suda həll etmək, bal, qliserin, aspirin əlavə eləmək. Alman kütləni su vannasında 15 dəqiqə isitmək. Soyutduqdan sonra çalmaq.
- Tətbiqetmə. Kremi üzə nazik qatla yaxmaq. Qalıqları kağız salfetlə silmək.

0 Yorumlar