Diş ətlərinin qanaxması - bu orqanizmdə vitamin C-in çatışmazlığının əlamətidir. Qidalanmanıza diqqət yetirməniz, çoxlu soğan, sarımsaq, meyvə, tərəvəz, limon yemək lazımdır. Əgər bahalı meyvələrə imkanınız yoxdursa itburnu cövhərindən, şam iynəyarpağının (iynəyarpaqlı ağacın budağının) həlimindən istifadə edə bilərsiniz.
Dirsəklərdə qaz dərisi - bu orqanizmdə vitamin C və A çatışmazlığının əlamətidir. Vitamin A bütün tərəvəzlərdə və narıncı rəng meyvələrdə- kök, balqabaq, pomidor, ərik, qaysı qurusunda, və s. olur. Yalnız onu qeyd etmək lazımdır ki, vitamin A yağla mənimsənilir.
Bədənin quru dərisi –E və B vitamininin çatışmazlığıdır. Fındıq, yağlı balıq və bitki yağından istifadə edə bilərsiniz.
Tez sınan dırnaqlar və pis saçlar – B qrupu və kalsium vitaminin orqanizimdə çatışmamasından xəbər verir.
Siz əsəbi olursunuz və pis yatırsınız – bu orqanizmdə Mg və K çatışmazlığından xəbər verir. Çoxlu banan, qaysı qurusu, qara gavalı, çuğundur yemək lazımdır.
Çoxlu duzlu yeyirsiniz (pomidorlar, xiyarlar, kələm ) - bu orqanizmdə infeksiyanın mövcudluğunun əlamətidir və ya iltihabi prosesin kəskinləşməsindən xəbər verir. Hər şeydən əvvəl sidik-tənasül sisteminə diqqət yetirmək lazımdır.
Əgər ayaqlarınız gecələr qıc olursa orqanizmində kaliumun və maqneziumun əskik olmasının əlamətidir. Məhz diqqəti yeməkdə mineral elementləri özündə saxlayan məhsullara yönəltmək lazımdır.
Şirniyyatsız dayana bilmirsiniz -ola bilər ki, sizin əsəb sisteminiz köhnəlir, sizə qlükoza lazımdır . Əgər sizdə diabet yoxdursa, onda qadağan olunmur. Yalnız bu halda bal, acı şokolad yemək lazımdır ki, həzm yolunda problem yaranmasın.
Əgər tum çirtlamaq istəyirsinizsə- ola bilsin ki, sizdə antioksidləşdiricilər çatışmır.
Əgər sizi dəniz məhsulları çəkirsə, çox böyük ehtimal ki, orqanizmdə yodun çatışmazlığı haqqında söhbət gedir.
Əgər bütün yeməklərinizi duzsuz yeyirsinizsə, onda bu depressiyadan xəbər verir.

0 Yorumlar