- Bir çay qaşığı kartof nişastası
- Bir çay qaşığı süd və ya kefir
- Bir çay qaşığı təbii bal
İstəyinizə uyğun olaraq dərinizi vitaminlə qidalandırmaq istəyirsinizsə maskaya bir kapsula vitamin E əlavə edə bilərsiniz. Əgər dərini təmizləmək istəyirsinizsə bir miqdar yulaf yarması əlavə etmək olar. Bundan başqa, əgər siz dərinizi canlaşdırmağı və maskadan sonra əmələ gələn ləkələri təmizləməyi arzu edirsinizsə, maskanı yuyduqdan sonra üzünüzü çobanyastığı buzuyla silin.
Maskanın hazırlanma qaydası və tətbiqi:
Həmcins kütlə alınana kimi bütün yuxarıda göstərilən inqrediyentləri diqqətlə qarışdırmaq lazımdır. Əldə etdiyiniz maskanı 10 dəqiqə üz dərisində saxlayın, daha sonra üzünüzü iliq su ilə yuyun.

0 Yorumlar