Sən digər oğlanlardan fərqlisən Bunu gözlərinizin içinizə baxaraq ürəkdən söyləyəcəkdir amma bu fərqliliyin yaxşı mənada fərqlilik olduğu demək deyil. Çox güman ki, rəfiqələri arasında Sizin hansısa hərəkətiniz çox məşhurdur. Onu düzəltmənizi istəyir.
Sənin dürüstlüyünü sevirəm Gələcəkdə ona yalan demə ehtimalını ortadan qaldıran, vicdanınıza xitab edən bir addımdır. Əslində dürüst olmadığınızı o da bilir.
Qızların, evli kişilərdən xoşu gəlir Bu gəlmiş keçmiş ən böyük yalandır desək yanılmarıq. Əslində çox güman ki, “ağıllı ol, məndən ayrılma” demək istəyir.
Əslində istəsən hər şey edə bilərsən Bu oğlana “tırka” vermək üçün deyilən ən şirin yalandır. Yoxsa aydın məsələdir ki, hər şey edə bilməzsiniz.
Sən, mən, bir iki sinif yoldaşım... Sizi rəfiqələri ilə tanış etmək istəyən sevgilinizin klassik yalanlarından biridir. Dediyi məkana gedəndə ən azı 15 rəfiqəsinin orda olduğunu görəcəksiniz.
Gözlərin (burnun, əllərin, dişlərin) çox gözəldir Tərifləyəcək bir şey tapa bilməyən sevgilinizin, Sizdən nəsə bir gözəllik çıxarmaq səyindən başqa bir şey deyil.
Anamın səndən xoşu gəldi “Bizə elçi nə vaxt gəlirsiz?” deməyin üstü bağlı yoludur. Anasının Sizdən heç xəbəri də yoxdur.
Rəfiqələrim deyir ki sənə qısa saç yaraşar Əgər saçlarınız uzundursa və sevgiliniz Sizə belə deyirsə, yağlı, kəpəkli, fırça kimi olmuş saçlarınızı kəstirməyin vaxtı gəlmişdir deməkdir.
Mən sevdiyimi incitmərəm... Demək olar ki, bütün qızların dediyi yalanlardan biridir. Lap ovunu yemədən öncə üstünə tüpürən anakonda kimi.
Evəndikdən sonra dostlarınla tez-tez görüşməyinə pis baxmıram Bu dediyinə inandınız?! İnanmayın. Ən böyük yalandır.
0 Yorumlar