Qışda dəri xüsusən qulluğa möhtacdır, küçədə güclü şaxta olmasa belə, soyuq külək belə dərini quruda bilər. Həmin vaxt ona müdafiə və qidalandırma zəruridir.
Yetərli soyuq damarları genişləndirir ki, nəticədə dəri qızarır, güclü soyuqda isə damarlar, əksinə, daralır, dəri solğun və quru olur ki, bu da öz növbəsində qabıqlanmaya və qıcıqlanmaya gətirib çıxarır. Tədqiqatlar göstərir ki, sağlam insanlarda müntəzəm aşağı hərarət nəticəsində dəri daha tez qocalır, amma hadisələrin bu cür xoşagəlməz inkişafından dəriyə düzgün qulluq etməklə qaçmaq mümkündür.
Beləcə, səhərlər küçəyə çıxmazdan az əvvəl yuyunmaq və üzə krem çəkmək məsləhət görülmür, çünki hətta ən yağlı vasitələrin belə tərkibində nəmlik var ki, sonuncusu buxarlanarkən dərini soyudur və o, daha da quru olur.
Əgər o qədər də güclü olmayan şaxtada dərinin hər hansı bir hissəsi ağarıb və həssaslığını itiribsə, oranı şərf və ya əlcəklərlə ovxalamaq, evdə isə həmin hissəyə bitki və ya gənəgərçək yağı sürtmək lazımdır.
İşi bilavasitə uzun müddət açıq havada olan adamlara tərkibində minimum su olan kosmetik vasitələrdən istifadə etmək tövsiyə olunur.
Səhər-axşam qidalandırıcı kremlərdən istifadə etmək məsləhət görülür (amma yenə də küçəyə çıxmazdan əvvəl sürtmək olmaz), həmçinin müntəzəm şəkildə masaj etmək də pis olmazdı. Payız-qış mövsümünə ən yaxşısı evdə yumurtanın sarışından və kəsmikdən hazırlanmış maskalar, həmçinin minimal su tərkibli hazır kosmetik vasitələr uyğun gəlir. Yağlı dəri sahibləri təravətləndirici, yumşaldıcı və yarımturş maskalardan istifadə edə bilər.

0 Yorumlar