Heç kimə sirr deyil ki, əllər qadının yaşını ələ verir. Əllərin dərisinin cavanlığını uzatmaq üçün, qışda yalnız krem kifayət etmir. Bu işdə sizin doğru köməkçiləriniz və silahdaşlarınız – əlcəklərdir.
Uzun əlcəklər
Dirsəyə qədər uzun və ya bir az yuxarı olan əlcəklər qısa qol geyimləri daşımağı sevən xanımlar üçün daha çox uyğun olacaq. Pəncərə arxasında mənfi havaya baxmayaraq. Belə modelləri uzun qollu sviterlərlə geyinsəniz daha az effektli görünəcək.
Mitenkalar
Sükan arxasında olan xanımlar, yəqin ki avtomobilçilər üçün xüsusi əlcəklər ilə tanışdır. Dizaynerlər bu predmetlə bir az oynamağa qərar verdilər və onlar trenddə olmağa çalışan xanımlar üçün zərif həll yolları təklif etdilər. Lakin, mitenkaların toxunma variantları da heç də geridə qalmır.
Əlcəklər
Sadə toxunma əlcəklər bizə qayğısız uşaqlıq illərimizi xatırladır. Bu səbəbdən artıq müəyyən yaşda çoxları məhz belə əlcəklərə üstünlük verirlər. Əgər siz onlar sırasındasınızsa, aktual rəngli modellərə və ya yazılar şəklində olan modellərə üstünlük verin.
Kombinə edilmiş əlcəklər
Dizaynerlər dəbi və utilitarlığı birgə birləşdirməyə çalışaraq, əlcəklərin kombin modellərini təklif edirlər. İsti, effektiv və darıxdırıcı olmayan bu əlcəklər, əlləri isti saxlamağa da imkan verir.
Mövsümün açıq favoritləri arasında – dəriylə və ya xəzlə olan toxunma modellərdir. Lakin, dizayner sınaqları sərhədlər bilmir: məsələn, krujevayla dəri əlcəklərinin modelləri belə vardır.
Rəngli əlcəklər
Seçdiyiniz əlcəklər nə qədər parlaq olsa, bir o qədər dəbli görünəcəksiniz. Onu da unudun ki, əlcəkləri çantaya, ayaqqabıya və ya baş geyiminə seçmək lazımdır. Özünüzə bir az daha çox sərbəstlik verin və xoşunuza nə gəlirsə onu da seçin. Dizaynerlərin seçimi – doymuş payız çalarlı əlcəklərdir.

0 Yorumlar