İkincisi, yod və digər faydalı maddələrlə orqanizmi zənginləşdirmək üçün. Feyxoa yodun miqdarına görə dəniz məhsulları ilə bəhsə girə bilər və orqanizm tərəfindən yaxşı həzm olunur.
Digər faydalı xüsusiyyəti, tərkibində C vitamini, pektin, saxaroza və sellüloza olmasıdır.
Feyxoa zəngin tərkibi sayəsində soyuqdəymədən qoruyur və immuniteti artırır, tropik giləmeyvə və qalxanabənzər vəzinin xəstəlikləri və problemləri zamanı istifadə olunur, həmçinin maddələr mübadiləsinə kömək edir.
Alma və feyxoadan çiy mürəbbə
- 1 kq alma
- 1 kq feyxoa
- 1 kq qənd
- 1 limon
Addım 1. Almanın toxumu təmizlənir və doğranılır.
Addım 2. Feyxoanın saplağı və alt hissəsi kəsilir, iri-iri doğranılır.
Addım 3. Limonun qabığını soyuruq.
Addım 4. Hamsını iri bir qaba əlavə edib, şəkərlə qarışdırırıq.
Addım 5. Limonun sayəsində alma və feyxoa qarışığı öz rəngini yaxşı saxlayır.
Feyxoa və portağallı salat
- 5 feyxoa
- 1 portağal
- 1/3 limon
- Bir ovuc qoz ləpəsi
- 2 x.q. kişmiş
- Şəkər pudrası
Hazırlanma qaydası:
Addım 1. Kişmişin üzərinə qaynar su əlavə edib yarım saat gözləyin. Qaynanmış isti su ilə yuyub suyunu boşaldın.
Addım 2. Qozu xırdalayıb əzin.
Addım 3. Feyxoa, limon və portağalı təmizləyib dilimlərlərə bölün.
Addım 4. Meyvələri qoz və kişmiş ilə qarışdırın.
Addım 5. Yaxşıca qarışdırıb üzərinə qaymaq və kirşan əlavə edin. Budur salatınız hazırdır.
Kərəviz və feyxoa ilə olan salat
- 3-4 saplaq kərəviz
- 1 bir ovuc feyxoa
- 100 qr brınzana
- Zeytun yağı
- Limon şirəsi
Hazırlanması:
Addım 1. Feyxoanın saplağını və alt hissəsini kəsib iki hissəyə bölün. Bölən kimi üzərinə limon sıxın ki, rəngi qaralmasın.
Addım 2. Brınzanı kubik şəklində, kələm, kərəvizi isə nazik dilimlərə doğrayın.
Addım 3. Zövqə görə istiot əlavə edin, salatın üzərinə zeytun yağı töküb özünü tutması üçün 4-6 saat gözləyin.
Feyxoa içli toyuq
- 1 toyuq
- 200 qr feyxoa
- Qırmızı bibər
- Duz
- 1 x.q. əridilmiş yağ
Hazırlanması:
Addım 1. Toyuğu yaxşıca təmizləyib yuyuruq.
Addım 2. Feyxoa yuyulur və təmizlənir. Toyuğu yarırıq və feyxoanı içərisinə doldururuq. Diş çöpü ilə kəsdiyimiz hissəni bağlayırıq.
Addım 3. Bibəri yağ ilə qarışdırırıq. Toyuğa duz, daha sonra yağ sürtürük.
Addım 4. 200 dərəcə temperaturda qızardırıq….
Nuş olsun!

0 Yorumlar