- 5 ədəd kabaçki (1,2 kq)
- 400 q. qiymə
- 3 orta baş soğan
- 2 x.q tomat pastası
- 7-8 kiçik pomidor
- 100 q holland pendiri (olmasa da olar)
- 4 yumurta
- 150 qr. xama
- Duz, istiot
Hazırlanması:
- Soğanı tavada yağ olmadan öldürürük, üzərinə qiyməni əlavə edirik, daha sonra tomat pastası, duz, istiot vurub yaxşıca qarışdırırıq.
- Kabaçkiləri sürtgəcin iri gözündən keçirib duzlayırıq, şirəsinin çıxması üçün kənara qoyuruq.
- Pomidorları halqalar şəklində doğrayırıq.
- Yumurtaları xama ilə çalırıq, üzərinə istəyə uyğun duz əlavə edirik.
- İstədiyimiz ölçüdə və formada kabaçkilərin yarsını tavaya düzürük, üzərinə farş və daha sonra yenə kabaçkiləri əlavə edirik. Onların üzərinə pomidorları əlavə edirik. Hazırladığımız xama-yumurta qarışığını pomidorların üzərinə əlavə edirik. Pendiri sürtgəcin iri gözündən keçirib, qarışığın üzərinə tökürük.
- 180 dərəcəyədək qızdırılmış sobada 30-35 dəqiqə bişiririk.
Nuş olsun!

0 Yorumlar