2 xörək qaşığı rəngsiz xına və mavi gil, 1- xörək qaşığı bal, 5 damcı istənilən sitrus efir yağı.
Tətbiqi: Komponentləri yaxşıca qarışdırın və sıx xama konsistensiyası alınması üçün üzərinə isti su əlavə edin. Maskanı para və ya saunaya girməzdən əvvəl yaxçıca dairəvi hərəkətlərlə bədəninizə sürtün. Çıxışdan sonra yuyun və iliq su ilə yaxalanın. Varikoz vaxtı balla maska-skrabı etmək arzu olunan deyil. Kuperoze vaxtı maskanı üzə sürtmək olmaz.
Dırnaqların bərkidilməsi üçün xına maskası
1 çay qaşığı rəngsiz xınanı çobanyastığı həlimiylə yaxşıca dəmləyin. Konsistensiya alınana qədər yaxşıca qarışdırın. Dırnaq lövhələrinə qarışığı vurun və gözləyin o vaxta kimi ki, həlim quruyacaq. Quruyandan sonra yenidən sürtün və bu proseduru beləcə 2-3 dəfə təkrarlamaq lazımdır. Bir gün sonra yenidən tətbiq edin. Məhlulu bir dəfə hazırlıyıb qalanını yenidən istifadə üçün soyuducuda kip bağlanmış halda saxlamaq olar.
Başqa resept: konsistensiya yarı qatı olana qədər sirkəylə durulaşdırılmış rəngsiz xına ilə qarışdırın. Bu cür maska dırnaqların bərkidilməsi üçün effektivdir. İstifadə və tərkibin saxlanılması prinsipi eyni ilə yuxarıda qeyd olunan maska kimidir.
Saçlar üçün maskalar
Quru saçlar üçün bərpaedici maska
100 qram xınanı qaynar su olan stəkana tökün və qarışdırın. Hazırladığınız xınanı başın dərisinə və bütün saça - ucuna kimi yaxşıca sürtün. Saçları polietilenlə və isti parçayla örtün. Maskanı 30-50 dəqiqə saxlamaq, sonra ilıq su ilə yaxşıca yumaq lazımdır.
Quru saçlar üçün nəmləndirici maska
100 qram xınanı qaynar suya əlavə edin və qarışdırın, 10-15 dəqiqə ərzində soyumağa qoyun. 1 avokado meyvəsinin ətini və 1-1,5 xörək qaşığı gənəgərçək yağını əlavə edin. 1,5 saat saxladıqdan sonra isti suyla, şampun istifadə edərək yuyun .
Yağlı saçlar üçün bərkidən maska
100 qram xınanı qaynar su olan stəkana tökün, üzərinə 2 xörək qaşığı limon şirəsi, 1 xörək qaşığı ayıpəncəsi yağı, 2 xörək qaşığı mavi gil əlavə edin və yaxşıca qarışdırın. Maskanı saçların bütün uzunluğuna kimi vurmaq lazımdır. İsti bağlayıb və 1-1,5 saat saxlamaq lazımdır. Sonra şampun tətbiq edərək isti su ilə yumaq lazımdır.

0 Yorumlar