Lakin, özümüzü bu hala gətirməzdən öncə yuxunun normalaşmasına kömək edən, psixoloq məsləhətlərindən yararlana bilərik.
- Yatmazdan əvvəl kitab oxumayın və televizora baxmayın. Əgər veriliş və ya kitab maraqlıdırsa, beyin hələ çox müddət sakitləşməyəcək və siz yuxuya gedə bilməyəcəksiniz.
- Yatmağa ancaq yuxunuz gəldikdə hazırlaşın.
- Günün ikinci yarısında aktiv iş görməyin. Ümumiyyətlə, yatmazdan əvvəl problemlər və sabaha olan planlar barədə heç fikirləşməyin.
- Bəzi həkimlər gərginliyi aradan götürmək üçün nəfəs məşqləri etməyi məsləhət görürlər.
- 15-20 dəqiqə ərzində yuxuya getmədinizsə, sizi taqətdən salan bir işlə məşqul olun.
- Yataq otağınızı həmişə sərin saxlayın və yatmazdan əvvəl mütləq havasını dəyişin.
- Yuxu gəlməsi üçün rəqəm saymağı da unudun. Hesab beyinin müəyyən sahələrini aktivləşdirir və yuxuya getməyi daha da çətinləşə bilər.
- Yatmazdan 3 saat əvvəl ərzində bütün fiziki aktiv işlərinizi başa çatdırın.
- Çox yeməyin. Ümumiyyətlə, qidanın qəbul edilməsi, yatmazdan 2-3 saat əvvəl olmalıdır.
- Çalışın gündüz vaxtlarında mürgüləməyin.
- Əgər siz gecəyarısı oyanıb sonra yuxuya gedə bilmirsinizsə, özünüzü yatmağa məcbur etməyin. Ayağa qalxıb işlə məşqul olun. Yuxunuz gəldiyini hiss etdikdə isə yenidən çarpayınıza girib, yatmağa çalışın.
- Yatmazdan əvvəl siqaret çəkməyin, qəhvə və spirtli içki qəbul etməyin.
- Qorxulu yuxu görürsünüzsə, oyanarkən yuxunun sonluğunu özünüz xoş təsirli uydurun.
- Yatmağa hazırlaşarkən sinirləri sakitləşdirən musiqi dinləyin.
- Yatmazdan əvvəl bir çay qaşığı bal yeyin. Bu, möhkəm yatmağa kömək edəcək.
Əgər bu məsləhətlər də kömək olmasa, onda mütləq həkimə müraciət edin.

0 Yorumlar