Şərf daşımaq üsulları:
Şık tərzdə
Bu qış mövsümü üçün mükəmməl variantdır (əgər siz yüngül şərfdən istifadə edirsinizsə bu tərz yay üçün də keçərlidir). Bu stil dəyişikliyi sevməyənlər üçün təhlükəsizdir. Şərfi yarı toplayıb, uclarını birləşdirin, boynun ətrafında yüngülcə dolanmış hala gətirin. Şərfin ucunu tapın və qəşəng final cizgisi üçün uzadın.
Düzbucaqlı dördbucaq
Bu obraz üçün sizə kvadrat şərf lazım olacaq. Şərfi üçbucaq şəklində bükün və boyunun ətrafına dolayın, sonra bir az boşaldın. Bu gənclərin arasında obrazın və böyük hitin əla variantıdır.
Bizim hamımızın içində bir eksperimentator var, hansı ki, qayğısız olmağı sevir. Bu stil sizə özündə şanel dəbdəbəsini oyatmağa kömək edəcək., Adi geyimlə ziddiyyət təşkil edəcək və sizə ətrafdakılardan seçilməyə kömək edəcək naxışlı şərfdən istifadə edin.
Zərif və əbədi
Əgər sizin geniş və sadə şərfiniz varsa bəxtiniz gətirib, o, demək olar ki, hər şeyə uyğun gələcək. Ona görə bütün bunlar üçün siz qarderobunuza adi örpəyi daxil etməyi unutmayın. Formal və yarı-rəsmi tədbirlər, yaxud da axşam görüşü üçün sizin obrazınızı bundan daha yaxşı tamamlayan aksessuar tapa bilməzsiniz.
Qarderobunuzda müxtəlif cür şərflərin olması üçün daha bir səbəb: Siz şərfləri, soyuq havadan qorunmaq üçün, çirklənmələrdən müdafiə və ənənəvi baş örpəyi kimi də istifadə edə bilərsiniz. Aksessuar olaraq bandana və ya qolbaq kimidə istifadə etmək olar.

0 Yorumlar