Cədvələ uyğun qidalanın
Hər gün eyni qida rejiminə riayət etsəniz, tezliklə orqanizminizi bu rejimə uyğunlaşdıracaqsınız və növbədən kənar qida qəbul etməyə qəlyənaltı etməyə ehtiyac qalmayacaq. Məhz planlaşdırılmamış qida bəzən daha çox kalorili olur və onun tərkibində daha çox şəkər olur.
Ağ undan bişirilmiş məmulatları və makaron məmulatlarını unudun
Hər qida qəbulunu bir tərzdə fokuslaşdırın
Boşqaba müxtəlif dadı və ətri olan yeməklər qoyaraq siz iştah oyadan hormonların aktivləşməsinə səbəb olursunuz və nəticədə daha çox qida qəbul etmiş olursunuz. Bunun əvəzinə çalışın sadə yeməklərə üstünlük verəsiniz. Çili bibəri, qırmızı bibər kimi ədviyyatlardan istifadə edin ki, onlar toxluq hissini gücləndirir və daha tez yeməyə imkan verir. Əgər acı yeməkləri sevmirsinizsə, bu zaman keşniş, sarıkök kimi ədviyyatlardan istifadə edin.
Sağlam yağlara üstünlük verin!
Qəribə səslənsə də, arıqlamaq üçün siz təbii məhsullarda olan sağlam yağlara üstünlük verməlisiniz. Məsələn avokado, qoz-fındıq, günəbaxan tumları və s. Onlar qidaya zərif qoxu verir və yeməkdən məmnunluq hissini artırır və nəticədə siz artıq çəkidən (və selülitdən) xilas olmağa başlayırsınız.
Yemək qəbulunu qəlyanaltı ilə başlayın
Tədqiqatların nəticələrinə görə, nahar və ya şam yeməyindən əvvəl qəlyənaltı etsəniz əsas qida qəbulu vaxtı daha az yemiş olacaqsınız. Əvvəlcə tərəvəz, sonra zülallı məhsullar və nəhayət karbohidratlı məhsullardan istifadə etmək tövsiyyə edilir. Tərkibində olan sellülozanın hesabına tərəvəzlər sizi doyduracaq.
Həftədə bir gün vegetarian olun
Araşdırmalar göstərib ki, ət yeməklərini sevənlərin təxminən 27% köklüyə, 33% isə bel nayihəsində piy qatının əmələ gəlməsinə meyillidir. Bundan başqa, bu insanlar gün ərzində orta hesabla 700 kkal daha çox qəbul edirlər.
İradənizi gücləndirin
Məşqlər möcüzələr yaradır! Hər dəfə sizin pəhrizinizə aid olmayan nəyisə yeməkdən imtina etdiyiniz zaman siz öz iradənizi möhkəmləndirmiş olursunuz.

0 Yorumlar