- 500 q mal əti
- suda bişmiş 4 yumurta
- 6 duzlu xiyar
- 3 diş sarımsaq
- 1 stəkan qoz
- 200 qram mayonez
Hazırlanması:
Əti didin.
Xiyarı sürtgəcin böyük gözündən keçirin. Sarımsağı əzin və xiyarla qarışdırın.
Qaynadılmış yumurtanı da sürtgəcin böyük gözündən keçirin.
Qoz ləpəsini xırdalayın bə quru tavada bir neçə dəqiqə qızardın.
İndi də salatı laylarla yığın.
- Ət + mayonez
- Sarımsaq ilə xiyar + mayonez
- Qaynadılmış yumurta + mayonez
- Qoz ləpəsi
Nuş olsun!

0 Yorumlar