Bütün dəri tipləri üçün qırışlardan qurtulmaq üçün unikal maska resepti. Maska dərini nəmləndirir və onu bütün lazımlı vitaminlər ilə təmin edir, bunun sayəsində — cavanlığı qorumağa sizə kömək edir.
Prosedura başlamazdan əvvəl üzü skrabla təmizləmək lazımdır ki, maska dəriyə yaxşı hopsun.
Maskanın hazırlanması üçün sizə 1 xörək qaşığı ağ gil, 1 çay qaşığı qliserin, 1 çay qaşığı çaytikanı yağı və 1 çay qaşığı su lazım olacaq. Bütün inqridiyentləri bir qaba əlavə edərək yaxşıca qarışdırın.
Maskanı üzə sürtdükdən 15 dəqiqə sonra üzünüzü yuya bilərsininiz. Çalışın maskanı üzünüzüə eyni bərabərlikdə sürtəsiniz. Daha sona üz üçün istifadə etdiyiniz kremdən istifadə edin.
Bütün komponentləri istənilən aptekdən problemsiz almaq olar. Qırışlardan qurtulmaq üçün, effektiv və ucuz olan bu super maskanı həftədə 1-2 dəfə etmək lazımdır. Yoxlayın və keyfiyyətinə özünüz əmin olacaqsınız.

0 Yorumlar