Ağız boşluğunu təravətləndirən və müdafiə edən 7 məhsul.
- Su. Nəfəsin təravətləndirilməsi üçün ən sadə vasitələrdən biridir. Əgər insan suyun kifayət etməyən miqdarını istifadə edirsə, ağızda tüpürcəyin miqdarı azalır, bu zaman orqanizm "mayenin qənaət üsulundan istifadə edir”. Bildiyiniz kimi tüpürcək öz növbəsində ağız boşluğunu bakteriyalardan müdafiə edir, hansılar ki, və xoşagəlməz qoxuya səbəb olurlar. Buna görə suyun yetərli miqdarını istifadə etmək lazımdır və gün ərzində bir neçə dəfə ağız boşluğunu təmiz suyla yaxalamağa məqsədə uyğundur.
- Portağal, banan, limon, kivi kimi meyvələr hansıların ki tərkibində yetərli miqdarda C- vitamini var bakteriyalara qarşı mübarizə aparır və nəfəsi təzə saxlamağa şərait yaradırlar. Bu məhsullar həmçinin antioksidləşdiricilərlə zəngindir və orqanizmindən zəhərlərin çıxardılmasında iştirak edirlər. Buna görə nəfəsi təravətli saxlamaq üçün hər gün bir stəkan təbii şirə içmək və ya bu meyvələrdən birini yemək lazımdır.
- Ədviyyatlar. Nanə, cəfəri, evkalipt, keşniş və bir çox belə başqa ədviyyatlar, hansılar ki nəfəsi uzun müddət təravətli saxlamağa imkan verirlər əsasən antiseptik, antibakterial, ətirli, müalicəvi xüsusiyyətlərə malikdirlər.
- Tərəvəzlər. Brokkoli, kök, xiyar bakteriyaların bir çox zərərli təsirlərini ağız boşluğunda neytrallaşdırmağa kömək edirlər. Həmçinin onlar tüpürcəyin aktivləşməsinə imkan yaradırlar. Eyni xüsusiyyətlərə almada malikdir. Bundan başqa bu faydalı meyvə bizim ağız boşluğumuzu bakteriyalardan təmizləyir.
- Turş süd məhsulları. Məsələn, yoğurt kimi belə turş süd məhsul - ağızda yaraları sağaltmağa, hidrogen sulfidin miqdarını azaltmağa və ağız boşluğunda yaşayan zərərvericiləri məhv etməyə qadirdir.
- Qara çörək. Bu məhsul xoşagəlməz nəfəs sayəsində yaranmış orqanik birləşmələrin inkişafının azaldılmasına imkan yaradır. Siz saqqızdan da istifadə edə bilərsiniz, o qidanın qalıqlarından qurtulmağa sizə kömək edəcək.
- Sellüloz. Ağız boşluğundan gələn xoşagəlməz iyin səbəbi, bağırsaqların işinin kifayət qədər yaxşı olmamasından irəli gələ bilər. Buna görə gün ərzində ən azı 25-38 q sellüloz istifadə etmək lazımdır. Həmçinin müntəzəm olaraq yaşıl çaydan da istifadə etmək olar, hansılar ki, dişlərdə bakteriyaların inkişaf etməsinə imkan vermirlər.

0 Yorumlar