Yuxuda arıqlamaq olarmı? Qəribə olsa da olar! Düzgün və sağlam yuxu sizə maddələr mübadiləsini normallaşdırmağa və artıq çəkidən qurtulmağa kömək edə bilər.
Yuxuda necə arıqlamaq olar?
Öz təbiətinə görə insan çox tənbəldir və o artıq təlaşı və əlavə səyləri sevmir. Bundan başqa çətin vəziyyətlərdə çox vaxt biz problemin özü-özünə həll olunmağına ümid edərək heç bir hərəkət etmir, təşəbbüs göstərmirik. Hər kəs artıq səy göstərmədən yaxşı görünmək istəyir. Sehrli gecə pəhrizi mövcud deyil, lakin yuxudan əvvəl müəyyən vaxt ərzində yuxu rejiminə və qidalanmaya düzgün münasibət mövcuddur. Sizə bir sıra qaydalara riayət edərək artıq çəkidən qurtulmağa kömək etmək üçün bəzi məsləhətləri təqdim edirik.
Yuxu rejiminə riayət edin
Yuxuda biz hər saat 50-60 kalori xərcləyirik ki, bu prosesin düzgün olması üçün dəyərli, sağlam yuxuya malik olmaq, yəni hər gün səkkiz saatdan az olmamaq şərti ilə yatmaq lazımdır. Çalışın hətta məzuniyyət və istirahət günləri zamanı da yuxu rejiminə riayət edəsiniz. Yaxşı olar ki, gecə yarısınadək yatasınız, çünki bu zaman sizin orqanizminizdə maddələr mübadiləsi prosesi gedir. Yuxunun az olduğu vaxt iştah yaradan hormonlar aktivləşir, maddələr mübadiləsi prosesləri üçün cavab verən hormonun istehsalı isə əhəmiyyətli dərəcədə azalır.
Yuxu çatışmazlığı nəyə gətirir?
Yuxu çatışmazlığı əqli proseslərin yavaşıdılmasına və beyinə daxil olan siqnalların ləngiməsinə səbəb olur ki, bu halda siz daim aclıq hiss edərək daha çox qida qəbul etmiş olursunuz.
Əgər siz yuxuda arıqlamaq istəyirsinizsə, bu zaman oksigenin yetərli miqdarını və damarlara ehtiyatlı münasibəti unutmayın. Otaqdakı məsləhət görülən temperatur 20 dərəcədən yuxarı olmamalıdır. Yuxudan əvvəl spirtli içki qəbul etməyin, siqaret çəkməyin, çünki nikotinin və alkoqolun təsiri altında damarlar daralır və beyin yetərincə oksigen ala bilmir.
Düzgün şam edin
Şam yeməyi yüngül olmalıdır. Düzgün olar ki, son qida qəbulu yuxudan 2-3 saat əvvələ təsadüf etsin. Lakin bu qayda şəkərli diabet xəstələrinə aid deyil.
Çalışın öz qida rasionunuzdan çox kalorili və karbohidratlı qidadan istifadə etməyəsiniz. Asan və tez mənimsənilən məhsullardan istifadə edin: bişirilmiş balıq və ya quş əti, yaşıl və ya tərəvəz salatı, təbii yoğurt.

0 Yorumlar