Qadınların davranışında tipik səhvlər

Artıq müasir zamanda ofislərin əksəriyyətində qadın işçiləri üstünlük təşkil edir. Təəssüf ki, hələ də indiyə qədər bir qədər bərabərsizlik hüququ saxlanılır. Qadınları əvvəlki kimi daha nadir hallarda rəhbər seçirlər, bundan başqa qadınların maaşı da nadir hallarda kişilərin maaşına çatır.

Əlbəttə ki, qadın xarakterinin zəifliyi haqqında qurulmuş çox əsrlik ənənə mövcud haqsızlıqda müəyyən rol oynayır. Lakin karyera qurarkən qadınların etdiyi səhvlər də bu hasızlıqda əhəmiyyətli rol oynayır.

Cinsi əlamət

Ofisdə kişilərin əksəriyyəti kişi cinsinin nümayəndələri deyil, yalnız işçi olurlar. Öz vəzifə borclarını yerinə yetirərək, onlar öz kişi xüsusiyyətlərini göstərmirlər. Qadınlara gəlincə isə, onlar hətta iş vaxtı belə öz qadınlıqlarını göstərirlər. Qadınların davranışında yüngül flirt görünür, onlar komplimentlərə cavab olaraq qızarır, öz hərəkətlərində kişilərin diqqətini cəlb etməyə çalışırlar. Qadınların məhz iş yerindəki seksual davranışı onlara karyera inkişafında maneə olan əsas səhvdir.

Məhz qadınların öz seksuallığını gizlətmədiyinə və özlərini işdə hər şeydən əvvəl işçi kimi deyil, qadın kimi göstərdiklərinə görə ofisdəki kişilər qadın cinsinin nümayəndələrinə qeyri-ciddi yanaşırlar.
Nəticə olaraq işləyən xanımlar yaxşı olar ki, işə gələrkən ilk növbədə öz vəzifə borclarını yerinə yetirib "ər axtarmaq" kimi şəxsi məsələlərini aydınlaşdırmağa çalışmasınlar. Ofis bu məqsədlər üçün uyğun yer deyil.

Məsuliyyətdən çəkinmə

Qadın rəhbərin fəqləndirici xüsusiyyətindən biri onun praktiki olaraq bütün məsələlər üzrə məsləhətləşmək cəhdidir. Məhz qadın rəhbər məsuliyyət yükünü şüuraltı səviyyədə bütün əməkdaşlarının arasında bölüşdürməyə çalışır. Lakin rəhbər vəzifəsi müəyyən qərarların qəbul edilməsini və bütün məsuliyyəti özünə götürməsini nəzərdə tutur.

Qadın kimi ünsiyyət

Praktiki olaraq istənilən qadının işdə öz şəxsi problemləri ilə bölüşdüyü, müxtəlif mövzuları müzakirə etdiyi rəfiqəsi var. Bu səbəbdən də dedi-qodulara və intriqalara meyl məhz qadınlara aid edilir ki, bu da onların reputasiyasını əhəmiyyətli dərəcədə aşağı salır.
Qadınların davranışı üçün ən tipik səhvləri düzəldərək siz həqiqətən də əvəzolunmaz və qiymətli əməkdaş ola bilərsiniz.

Yorum Gönder

0 Yorumlar