Münasibətlərdə həlledilməz problemlərdən necə qaçmaq olar?

Münasibətlərdə yaranan münaqişələr

Münasibətlərdə həlledilməz problemlər yarandığı zaman hər kəs onların bitdiyini düşünməyə başlayır. Lakin bəzən xarici görünüşünüzü azca dəyişib özünüzə qulluq etməyə başlayaraq siz öz partnyorunuzun əvvəlki hisslərini və ehtirasını oyada və bütün problemləri unutdura bilərsiniz. Lakin bir sıra çıxılmaz vəziyyətlərdə partnyoru sadəcə öz yeni obrazınızla "ələ almaq" kifayət etmir. Bu halda münaqişənin həlli bir az çətinləşir.

Münasibətlərdə yaranan problemlər

Bütün problemləri anlayıb onların həllini tapmaq üçün, onları lap başdan analiz etmək lazımdır. İlk növbədə sizin hansı məqsədlə münasibət qurduğunuzu və həmin vaxt sizin hansı planlarınızın olduğunu xatırlamaq lazımdır. Məhz bu sualları cavablandırarkən siz bəzən öz gələcək münasibətlərinizin quruluşunu aydınlaşdıra bilərsiniz, çünki münasibətlərin başlanğıcında sizin niyyətləriniz nəticədə böyük problemlərə səbəb ola bilər. Belə suallara hər kəs fərqli cavab verir, çünki hər kəsin həyata öz baxışları və planları var.

Dava-dalaş

Bizim dünyagörüşümüz bütün həyat boyunca inkişaf edir, ona yaşanmış bütün faciələr, oxuduğumuz kitablar, izlədiyimiz filmlər təsir edir. Buna görə də hər bir insanın həyata öz yanaşması var. Ruhən sizə yaxın biri ilə qarşılaşdıqda siz bəzən onun sizin ikinci yarınız olduğu haqqında düşünürsünüz, lakin zamanla hər şey dəyişməyə başlayır. Ola bilər ki, siz xarakterləri, istəkləri və hətta planları tamamilə uyğun gəlməyən fərqli insanlarsınız. Bəzi insanlar bu fərqə fikir verməməyə, başqaları isə partnyoruna öz fikrini bağlamağa çalışır ki, bu da nəticədə cütlüklərin arasında qalmaqallara səbəb olur.

Buna görə, əgər bir insanı sevdiyinizi hiss etməyə başlayırsınızsa, bu zaman dərhal onunla öz gələcək niyyətləriniz və planlarınızla bölüşməyə və onun sizə və sizin planlarınıza olan münasibətini anlamağa çalışın. Əgər sizin yarınız sizinlə mübahisə etməyib susursa, bu hələ o demək deyil ki, o sizinlə tamamilə razıdır. Buna görə həqiqətən də bir-birinizi sevdiyiniz zaman çalışın səmimi və dürüst olasınız, öz problemlərinizi və çatışmazlıqlarınızı gizlətməyəsiniz, çünki əsl sevgi üçün belə xırda şeylər maneə deyil!

Yorum Gönder

0 Yorumlar