Kəsmikli keks

4 porsiya üçün lazım olacaq inqrediyentlər:

  • Kəsmik - 200 q.,

  • Xama - 2 x.q.,

  • Toyuq yumurtası - 2 ədəd,

  • Kərə yağı - 2 x.q.,

  • Buğda unu - 1 stəkan,

  • Şəkər - 1 stəkan,

  • Soda - ½ ç.q.,

  • Duz - zövqə görə.


Hazırlıq prosesi:

200 qram kəsmiyin üzərinə 2 yumurta, 2 x.q. xama, 2 x.q. əridilmiş kərə yağı, 1 stəkan un, 1 stəkan şəkər, soda və bir çimdik duz əlavə edib yaxşıca qarışdırın.

Alınmış xəmiri yağ çəkilmiş formaya əlavə edin və 180 dərəcəyə qədər qızdırılmış sobada bişirin.

Yorum Gönder

0 Yorumlar