İş vaxtı çay kefi

İşdə çay vaxtı hər kəsin həyatında əhəmiyyətli rol oynayır. Gündəlik iş həyatında çay qəlyanaltısına xüsusi olaraq ayrılmış vaxt şirkətin gələcək fəaliyyəti üçün çox gözəl investisiya ola bilər. Ümumi kofebreyk və ya çay fasiləsi şəxsi baryerləri silir və kollektivi daha da birləşdirir.

Yaxşı çay və keyfiyyətli qəhvə, xüsusi firma qab-qacağı sizin ofisinizin təkraredilməz stili və vacib detalları hesab edilir. Belə fasilələri yaxşı olar ki, günün ortasında təşkil edəsiniz. Bu həm də istirahət üçün əla imkan yaradacaq.

Psixoloqlar əmindir ki, çay fasiləsi zamanı yaranan söhbət – işgüzar əlaqələrin və əməkdaşlıq münasibətlərinin bərkidilməsi üçün ən effektiv üsullardan biridir. Son sorğuların məlumatına əsasən ofis işçilərinin onundan səkkizi təşkilatın daxilindəki işlərin qurumu və ən yaxın korporativ planlar haqqında məlumatların alınması, karyera artımı müzakirələri, həmçinin yaradıcı ideyaların generasiyaları üçün çay və kofe fasiləsini ən effektiv vaxt hesab edirlər.

Məşhur psixoloq doktor Rebekka Nyuton altı əsas "tipaj" ayırır ki, bu bilik istənilən işgüzar insana lazım ola bilər.

  1. Özünə arxayın işçi.
    Güclü, iradəli, özünə və haqlı olmasına tam arxayın olan insan sakitlik və rahatlıq göstərir: yüngül təbəssüm, vizual əlaqənin saxlanılması və s. Bu halda bədənin korpusu bir az irəli yönəldilir ki, bu da həmsöhbətə qarşı diqqət və xeyirxahlığı əks etdirir. Özünə əmin insan çay fincanını bir əldə çənəyə yaxın məsafədə saxlayır. Bu tip insanlar adətən yaxşı rəhbər, əməkdaşlıq münasibətlərində isə yaxşı lider olurlar.

  2. Dinləyici rolu.
    Dinləyicinin əhatəsində olan insanlara marağını və danışan insanla onun razılığını, onun bədən korpusunun danışana tərəf yönəlməsi göstərir. Bu tip insanlar çay fincanını bəzən əlini qızdıraraq kimi iki əl ilə saxlayır.

  3. Şayiə həvəskarları.
    Şayiələrin həvəskarı çox vaxt dedi-qoduçu olmur, amma demək olar ki, o hər zaman yüksək diqqəti ilə fərqlənir, çox şeyi yadında saxlayır və alınmış məlumatı təsnif edir. Bu tip insanlarla danışarkən özünüzə və danışdığınız hər sözünüzə diqqət edin. Belə insanlar çay fincanın bir əlində bərk sıxır və bəzən fincanla kəskin hərəkətlər edirlər.

  4. Əsəbi işçi.
    İşə qəbul agentliklərinin əməkdaşları üçün çay fasilələri xarakteri uyğun gəlməyən namizədləri işdən kənarlaşdırmağa imkan verə bilər. Əsəbi, bəzən qeyri-standart təbiətli insanlar çay fincanını iki əli ilə sıxır, bəzən isə hətta içkini dağıdırlar. Özünə inamsız, əsəbi, nəyisə gizlədən insan həmsöhbətin baxışından çəkinir, saçlarını və ya geyimini düzəldir və s. bu tip hərəkətlər edir.

  5. İnamsız, iradəsiz işçi.
    Əgər içki çox isti deyilsə, amma işçi onun fincanını iki əli saxlayıb içkiyə üfürürsə, bu zaman ehtimal ki, bu zəif iradəli, özünə inamsız və fikri dağınıq bir insandır.

  6. Təcavüzkar işçi.
    Təcavüzkar və ya hirsli insan özünü çox sadə göstərir – bu halda fincan onun əlində göstərici rolunu oynamağa başlayır. Bu halda sizin həmsöhbətinizin nədənsə narazı olduğunu bildirən məqam - bu fincanın onun üzünə yaxın məsafədə yerləşməsidir.

Yorum Gönder

0 Yorumlar