Həyat yoldaşınız sizinlə əvvəlki kimi deyilsə nə bilərsiniz?

Əgər sizə elə gəlirsə ki, ərinizlə münasibətləriniz əvvəlki kimi deyil, romantika tədricən məişət problemləri ilə əvəz olunub, qarşılıqlı sevginiz artıq vərdişə çevrilib, dərhal münasibətinizə xətt çəkmək, onu silmək lazım deyil. Axı hər şey sizin əlinizdədir!

İlk növbədə etməli olduğunuz şey onu olduğu kimi qəbul etməkdir. Sevgi  inkişaf edərək bir neçə pillə keçir, bəzən münaqişə yaşanır. Axı eşq və ehtiras ilk anlarda çox dərin olan hisslərdir, sonra emosiyalar bir az sakitləşir, insanlar bir-birinə öyrəşməyə başlayırlar. Bu normal haldır, sadəcə qadınlar belə vəziyyətlərdə necə davranmalı olduqlarını bilmirlər.
Gəlin münasibətlərə  romantikanı  qaytarmağın hansı üsulları olduğuna baxaq:


  1. Qeydlər


Əgər siz səhərlər yoldaşınızdan daha tez işə gedirsinizsə, onu  xoş qeyri-adi bir şəkildə oyadın. Məsələn, balışda və ya masada ona qeyd qoyun, nəsə şirin sözlər yazın. Səhər yeməyini hazırlayın və masanı gözəl örtün. Gün ərzində axşama hazırlıq məqsədi ilə sms-ləşin, hətta arada bir az erotik fotolarınızı da göndərə bilərsiniz ;)

  1. Şəhərdə gəzinti


Əvvəllər vaxt keçirdiyiniz yerlərə gəzintiyə çıxın. Məsələn, ilk qarşılaşdığınız, ilk öpüşdüyünüz, görüşdüyünüz   yerlərə gedin. Birlikdə kinoya və arxa sıralardan rahat bir yerə bilet alın.

  1. Kişinin dilində danışın


Hər birimizin sevgidə öz dili var. Kimisi onu hiss edir, kimisi onu hədiyyələrlə göstərir, yaxud əzizləyir və s. Siz də öz partnyorunuzun dilini müəyyən edin, ona qarşı olan hisslərinizi yoldaşınıza onun dili ilə çatdırın.

  1. Ucadan oxuyun


Hər axşam kompüter arxasında oturmaqdansa, ona bir kitabı birlikdə oxumağı təklif edin.  Bir-birinə növbə ilə ucadan oxuyun. Vaxtınızın  belə birlikdə keçməsi sizi daha da yaxınlaşdıracaq. Maraqlı olması üçün dedektiv janrlı əsər seçin, yaxud  qış axşamlarında yerinizi rahatlayın və klassik bir roman seçin. Bu onda sizinlə müzakirə etmək, danışmaq həvəsi yaradacaq.

  1. Minnətdarlıq məktubu


Əl ilə ona məktub yazın. Ona  hər şeyə  görə təşəkkür edin . Bu çox faydalıdır, axı zamanla biz partnyorun müsbət tərəflərinə aid olmağa başlayırıq.

  1. Yeni istirahət


Bir-birinizə maraqlı istirahət təşkil edin. Lakin bunu həmişəkindən fərqli edin. Məsələn, bu dəfə mehmanxanada hər şey daxil olmaqla nömrəni sifariş etməyin, gəmi səyahətinə çıxın və əgər əvvəl siz ekstremal istirahətə üstünlük vermisinizsə, əksinə, bu dəfə romantik istirahət edin. Adət edilmiş çərçivələrdən çıxın!

Yorum Gönder

0 Yorumlar