Baxımlı görünmək istəyən xanımlar üçün bir birindən maraqlı və dəyərli məsləhətləri sizin nəzərinizə çatdırıram. Qeyd edib yaddaşda saxlamağı unutmayın. İşinizə mütləq yarayacaq.
Sirkəylə parlaq saçlar
Bir çay qaşığı sirkəni dörd çay qaşığı sodayla qarışdırın və saçınızı bu qarışıqla isladıb, 15 dəqiqə gözləyin. Beləcə istədiyiniz parlaqlığa qovuşa bilərsiniz.
Axan makiyajınızı düzəldin
Makiyajınızı yenidən etmək üçün zamanınız yoxsdursa bir qulaq pambığını makiyaj təmizləyicisinə batırın və makiyajınızın yalnız axmış və ya bulaşmış bölgələrini silin.
Dırnağınızı yapışdırın
Qırıldığı zaman dırnağınızı qoparmaq yerinə, bir damcı Super yapışdırıcını qırıldığı yerə damladın. Üzərinə ən sevdiyiniz lakdan qalın təbəqə sürtün. Qırıq xətti kamuflyaj etmək üçün qırmızı, tünd qırmızı və ya mərcan kimi mat rəngləri seçin.
Qoltuq altına peeling
Əgər qoltuq altlı dəriniz quruyur və tökülürsə narın bir bədən peelingi ilə bu bölgəni yumşalda bilərsiniz.
Qırmızı pomadanı ovalamayın
Qırmızı pomadanı ovalayaraq çıxarmaq, pomadanın ağız ətrafına dağılıb, pis görünməsinə səbəb olar. Bunun yerinə, kiçik bir makiyaj pambığını və ya kağız dəsmalı makiyaj təmizləyicisinə batırıb pomadanızı silməniz daha uyğun olacaq.
Qaşlara göz kremi…
Göz kremini qaşlarınıza tətbiq edərək onları da nəmləndirməniz mümkündür. Bundan başqa kəpəyə bənzəyən o ağ zərrəciklərdən də xilas olmuş olarsınız.
Fırçanıza saç spreyi sıxın
Saçlarınızı qurutduqdan sonra fırçanızın üzərinə bir miqdar saç spreyi sıxın və saçınızı darayın. Beləliklə saçlarınız sərt olmadan həcmini və parlaqlığını qoruyacaq.
Dişlərə ağız qarqarası
Evə gec gəldiyiniz gecələrdə özünüzü dişlərinizi təmizləyə bilməyəcək qədər yorğun hiss edirsinizsə, ağızınızı bir qarqara ilə çalxalayın. Ardından quru diş fırçanızla diş ətlərinizin dişlərinizlə görüşdüyü nöqtələri yüngülcə fırçalayın.
Uşaq yağıyla nəmlənin
Parlaq amma çox yağlı görünməyən qıçlara sahib olmaq üçün gündəlik bədən nəmləndiricinizin içinə bir damla uşaq yağı əlavə edin.
Bitki yağından faydalanın
Dırnaqların ətrafınındakı ölü dərilərin sərtləşib şeytan dırnağına çevrilməməsi üçün, bu bölgələrə bir miqdar ərik yağı damladın.
Uçuğun həlli kremdədir
Uçuğun çıxmağa başladığını hiss etdiyinizdə, üzərinə bir miqdar nəmləndirici sürtərək daha pis bir hala gəlməsinin qarşısını ala bilərsiniz.
Göz qələmini dondurun
Göz qələminizin ucu tətbiq əsnasında dağılırsa, onu 15 dəqiqəliyinə buzluğa qoyun. Çıxartdığınızda ucunun sərt olduğunu və dərinizdə rahatca hərəkət etdiyini görəcəksiniz.
Sızanağa məcun
Yalnız bir göy noxud böyüklüyündə tətbiq edin. Diş pastası sızanağın yağını əmərək daha çox böyüməsinə mane olar. 15 dəqiqə sonra üzünüzü yuyun.
Qaşlarınızı fırçayla darayın
İstifadə edilməmiş nəmli diş və ya qaş fırçasının üzərinə saç spreyi sıxaraq qaşlarınızı rahatca düzləşdirib şəkil verə bilərsiniz.
Kirpiklərinizi yumşaldın
Gözlərinizə makiyaj etmədən diqqəti cəlb etmək üçün, kirpiklərinizin ucuna bir neçə damla vazelin tətbiq edib, darayın. Beləcə seksual və parlaq baxışlara sahib olacaqsınız.

0 Yorumlar