Payızda orqanizmin viruslara, bakteriyalara və temperatur fərqinə qarşı daha möhkəm dayanması üçün vitaminlər əldə etməliyik. Sizə mövsümün bir neçə faydalı və ən əsası hər kəsə əlçatan məhsulunu təqdim edirik.
- Çuğundur.
Bu ən faydalı payız məhsullarından biridir. İlk növbədə onun tərkibində həzmi yaxşılaşdıran və bağırsaqlarda xəstəlik törədən bakteriyaları məhv edən sellüloz, C vitamini, fosfor, mis və bir sıra orqanik turşular mövcuddur. İkincisi - onun tərkibinə qaraciyərə zəhərlərdən qurtulmağa kömək edən "betain" maddəsi daxildir. Üçüncüsüsü isə çuğundur folio turşusunun və kvarsın hesabına orqanizmin cavanlaşmasına imkan yaradır.
- Mərcanı.
Bu xırda turş giləmeyvələrdə bir çox faydalı maddələr olur. İlk olaraq bu təbii antivirus maddələridir ki, sidik kisəsini və sidikqovucu yolları zərərli bakteriyalardan təmizləyir. İkincisi - bu xərçəng hüceyrələrinin yaranması və inkişafı ilə mübarizə aparan antioksidləşdiricilərdir. Mərcanının tərkibindəki antioksidləşdiricilər azad radikalların yaranması ilə mübarizə aparır və bunun sayəsində dərinin elastikliyini və cavanlığını qoruyur. Nəhayət, mərcanının tərkibində dəmir, yod, kalium, kalsium, maqnezium, manqan, gümüş, fosfor və B1, B2, C, K, PP vitaminləri kimi bir çox mikroelementlər mövcuddur.
- Sarımsaq.
Onun tərkibinə 400-ə yaxın çox faydalı komponent daxildir ki, onlar qanda "pis" xolesterinin səviyyəsini aşağı salır və damarları təmizləyir, xərçəngin bəzi növlərini təhrik edən hüceyrələri məhv edir. Sarımsağın ən faydalı elementlərindən biri fitonsid maddəsi hesab edilir ki, məhz onlar mikrobları məhv edirlər. Lakin onlar həm də mədənin, bağırsaqların, gözlərin və burunun selikli qabıqlarını qıcıqlandıra da bilərlər.
- Soğan.
Qış və payız aylarında soğan soyuqdəyməyə və virus xəstəliklərinə qarşı çox gözəl vasitə ola bilər. Bundan başqa hesab edilir ki, soğan qanda şəkərin səviyyəsini aşağı salır ki, bu da şəkərli diabet xəstələri üçün çox yaxşıdır. Bununla belə soğan həzmi və ürək-damar sisteminin işini yaxşılaşdırır, bağırsaq bakteriyalarının təbii balansını bərpa edir.
- Ağ kələm.
Onun tərkibində orqanizmdən ağır metalları və zəhərləri uzaqlaşdırmağa kömək edən xeyli miqdarda maddə var. Bundan başqa, o həzmi yaxşılaşdıran və mikrofloranı normallaşdıran orqanik turşularla zəngindir.
- Alma.
Pektinin və sellülozun sayəsində, alma bütün həzm sisteminin işini normallaşdırır, iştahı yaxşılaşdırır, mədə şirəsinin hazırlanmasını stimullaşdırır, bağırsaqların işini aktivləşdirir. Bu hər kəsin adət etdiyi meyvələr C, B1, B2, P, E vitaminləri, karotin, kalium, dəmir, manqan, kalsium, pektin, şəkər kimi maddələrlə zəngindir.
- Meşə fındığı.
Fındığın tərkibinə daxil olan bitki maddələri ən güclü antioksidləşdiricilərdir. Onlar damarların divarlarını bərkidir, təzyiqi aşağı salır və ürək-damar xəstəliklərini profilaktika edirlər.
- Böyürtkən.
Bir ovuc giləmeyvə orqanizmə güclü antioksidləşdirici dozası verə bilər. Giləmeyvənin yarpaqları isə öz antimikrob və birləşdirici təsiri ilə fərqlənir və bunun sayəsində, boğazın, müxtəlif yaraların, həmçinin ishalların müalicəsində əla kömək edir.
- İtburnu.
İtburnudan hazırlanmış həlim mədənin nasazlığı və qəbizlik vaxtı kömək edir. O hətta osteo-revmatoid artrit vaxtı da tövsiyə edilir. Bundan başqa bitki C vitamini ilə zəngin olduğu üçün soyuqdəyməyə qarşı əla vasitə hesab edilir.
0 Yorumlar