İnsanın uzunömurlülüyü yalnız 50% onun genləri, qalanı isə düzgün həyat tərzi ilə təyin edilir. Sizə alimlərin fikirincə ömrü uzada biləcək bir neçə məsləhət təqdim edirik.
- Hobbi. Sizə həqiqətən də maraqlı olan bir işlə məşğul olun ki, həzz ala biləsiniz. Bu stressin səviyyəsini aşağı salmağa və ömrü uzatmağa kömək edir.
- Diş sapından istifadə edin. Diş sapı həm dişlərinizi təmizləyəcək, həm də iltihablara səbəb olan bakteriyaları ağız boşluğundan uzaqlaşdırmağa kömək edəcək ki, bu da ürək xəstəliklərinin və insultun inkişafı riskini aşağı salacaq.
- Məzuniyyətinizi planlaşdırın. Yaxşı keçirilmiş məzuniyyət ürək-damar xəstəliklərinin riskini aşağı salır və ömrünüzə 1-2 il əlavə edir.
- Yuxunuzu alın. Yuxuda orqanizm özü bərpa olur ki, bu da sağlamlıq üçün çox faydalıdır. Bundan başqa adekvat yuxu miqdarı yaşayış keyfiyyətinə də müsbət təsir edir.
- Cinsi əlaqədə olun. Sekslə məşğuliyyət zamanı həzz hormonu oksitosin ayrılır ki, bu da stressin səviyyəsini aşağı salır. Seks ərzində qadınlar 3, kişilər isə 4 kalori yandırırlar.
- Ünsiyyət saxlayın. Alimlərin fikrincə sizin nə qədər çox dost-tanışınız olarsa, uzun ömürlü olma şansınız bir o qədər yüksək olacaq.
- Düzgün qidalanın. Bəli, bu hər kəsə məlumdur ki, yaxşı və uzun müddət yaşamaq üçün keyfiyyətli və düz qidalanmaq lazımdır.
- İdman zalına baş çəkin. İdmanla məşğuliyyət yalnız ürək üçün faydalı deyil. Bu zaman orqanizmdə endorfinlər ayrılır ki, bu da ağrı hissini azaldır və əhval-ruhiyyəni yüksəldir.
- Streslə mübarizə aparın. Həyatınızda nə qədər az stress olarsa, o qədər daha uzun sürəcək. Bu neqativ hal ilə müxtəlif mübarizə üsulları mövcuddur ki, məhz sizə uyğun olanını seçə bilərsiniz.
- Siqaret çəkməkdən imtina edin, içki içməyin. Siqareti tamamilə unutmaq lazımdır, amma alkoqol bəzən hətta faydalı ola bilər. Bunun üçün ondan mülayim miqdarda istifadə etmək lazımdır: qadın üçün gündə 1, kişilər üçün isə gündə 2 qədəh şərab içməyə icazə verilir.
0 Yorumlar