Yay limonadı
Lazım olacaq inqrediyentlər: çobanyastığı çayı — 80 q., bal — 20 q., təzə xiyar — 100 q., laym şirəsi — 20 q., mineral su — 40 q.
Hazırlıq prosesi:
Xiyarı şeykerdə əzin, sonra üzərinə çay, bal, laym şirəsi əlavə edib yaxşıca qarışdırın. Buzla dolu stəkana süzüb üzərinə mineral su əlavə edin. Təzə xiyar dilimləri ilə bəzəyin.
Moruq və nanəli limonad
Lazım olacaq inqrediyentlər: təzə moruqdan hazırlanmış püre — 100 q., limon şirəsi — 70 ml., qənd siropu — 100 ml., nanə — 10 q., limon — ½ ədəd, moruq — 50 q., qazlı su — 400 ml.
Hazırlıq prosesi:
Bütün inqrediyentləri bardağa yerləşdirmək, limonun yarısını incə halqalara doğramaq, sonda moruq əlavə edib yaxşıca qarışdırmaq lazımdır. Hazır limonada buz da əlavə edə bilərsiniz.
Blek Modern
Lazım olacaq inqrediyentlər: ətirli sirkə — 25 ml., qara qarağat siropu — 40 ml., nar suyu — 20 ml., karkade çayı — 350 ml., soda — 100 ml., qreypfrut — 4 dilim, çiyələk — 2 ədəd.
Hazırlıq prosesi:
Qreypfrut dilimlərini kəsib azca əzin. Çiyələyi 4 hissəyə bölün. Bütün inqrediyentləri qrafinə əlavə edib üzərinə buz tikələri atın.
Giləmeyvəli smuzi
Lazım olacaq inqrediyentlər: çiyələkdən hazırlanmış püre — 50 q., moruqdan hazırlanmış püre — 50 q., zəncəfil — 10 ml., mors — 40 ml., vanil siropu — 20 ml., limon şirəsi — 20 ml.
Hazırlıq prosesi:
Blenderdə giləmeyvə püresini, zəncəfil dəmini, morsu, limon şirəsini və vanil siropunu qarışdırıb üzərinə buz əlavə edin. Alınmış içkini bakallara süzüb marakuyadan hazırlanmış köpük, təzə nanə və moruq ilə bəzəyib süfrəyə verin.
Okroshka
Lazım olacaq inqrediyentlər: xiyar — 4 dilim, çiyələk — 2 ədəd, qırmızı turp — 2 ədəd, ardıc arağı — 40 ml., pimms — 80 ml., djinjerel — 100 ml.
Hazırlıq prosesi:
Xiyardan başqa bütün inqrediyentləri doğrayın, alkoqol əlavə edib buz tikələri ilə qarışdırın.

0 Yorumlar