- Kartof - 6 ədəd,
- Üyüdülmüş suxarı - 25 q.,
- Bitki yağı - 1 x.q.,
- Soğan - 2 ç.q.,
- İri dənli duz - 1 ç.q.,
- Qurudulmuş və üyüdülmüş sarımsaq - ¼ ç.q.,
- Rozmarin - ½ ç.q.
Hazırlıq prosesi:
- Sobanı 200 dərəcəyə qədər qızdırın. Hər kartofu (orta ölçülü) 8 yerə bölüb bitki yağına batırın.
- Xırda-xırda doğranmış soğanı, duzu, sarımsağı və rozmarini suxarılarla qarışdırın. Sonra alınmış qarışığa kartof dilimlərini əlavə edin və elə qarışdırın ki, ədviyyatlar tamamilə kartofa hopsun.
- Kartof dilimlərini yağ çəkilmiş tavaya yerləşdirin və xırçıldayan forma və qızılı rəng alana qədər 40 dəqiqə ərzində sobada qızardın.

0 Yorumlar