Rəng mövzusunda diqqətli olun
Dəlisov modelləri Lady Gagaya həvalə edin. "Əgər sarı rəngdə olan saçınızın rəngini çox açsanız sizi gənc və gözəl göstərən təbii qızıl tonlarını itirərsiniz," New Yorkdan rəng mütəxəssisi Luis Licari deyir. "Eyni şəkildə, çox tünd rəngə rənglənilən saçlar təbii görünməz"
Düzgün tonal krem
Göz altı çevrələri örtmək kifayət etməz! Bağlayıcınızı göz mənbələrinə və xarici qisimlərə, burun dəliklərinizin və dodaqlarınızın kənarlarına da sürtün. Görəcəksiniz, üzünüz bir anda daha gənc görünəcək. "O qədər ki, insanlar estetik cərrahınızın kim olduğunu soruşmağa başlaya bilər!" makiyaj ustası Mally Roncal deyə bildirir.
Düzgün büstqalter seçin
Düzgün büstqalter ölçünüzü öyrənmək üçün bir professionaldan kömək alın və rəqəmlərə və hərflərə ilişməyin. "Yaxşı bir büstqalter sinənizi yuxarı qaldıraraq gövdənizi daha incə göstərər ki, bu da daha gənc görünmənizi təmin edər," New Yorkdan stilist Annabel Tollman bildirir.
Pudradan uzaq durun
"Quru makiyaj dərinizi yaşlı göstərər," Dorf deyir. Yaşlandıqca dəri daha az yağ çıxarar buna görə nəmli görünən bir makiyaj sizi daha gözəl göstərəcək. Tərkibində işığı əks etdirən pigmentlər olan yüngül bir rəngli nəmləndirici istifadə edin. Allıqda da krem ya da likit düsturlu olanları seçin. İşıqlandırıcı sürtməni unutmayın. Almacıq sümüklərinə, doğru şəkildə tətbiq olunan bir iki damla işıqlandırıcı, möcüzələr yarada bilər.
Paltarlarınızı kombin edin
Bir-biriylə uyğun paltarlar geymək hər yaşda müasir görünmənizi təmin etməz. "Tərzinizə gözlənilməz bir detal əlavə edərək daha gənc görünməniz mümkündür. Klassik bir pencəklə dağınıq saçlar ya da babetlərlə qəşəng bir paltarı bir yerdə istifadə edə bilərsiniz," Annabell Tollman deyir.
Pomadanızın rəngini dəyişdirin
Dolğun dodaqların belə yaşlandıqca həcmini itirdiyini inkar edə bilmərik. Tünd və mat pomadalar bu gerçəyi daha da ortaya çıxarar. Çəhrayı tonlarda bir parladıcı dodaqlarınızı daha dolğun, gənc və hamar göstərəcək.
Baxışlarınızı cavanlaşdırın
New Yorkdan makiyaj artisti Paula Dorf, aşağı göz qapaqlarını düzəltmək üçün, kontur sürtməyi təklif edir. Kirpik diblərində açıq rəng, göz qapağının düşdüyü göz çuxurunda isə tünd rəng bir fara istifadə edin. "Açıq rəng, göz qapağının kirpiklərə yaxın qisimini ortaya çıxarar, tünd rəng isə aşağı üst qisimi geri plana itələyər" Nəticə: Daha gənc bir görünüş.

0 Yorumlar