Qaydalar onları pozmaq üçün mövcuddur. Xüsusilə bu dəbə aiddir ki, bu qaydalar az qala hər mövsüm dəyişir. Sizə pozulması lazım olan əsas dəb qaydalarını təqdim edirik.

- "Ağ rəngi yalnız ilin isti fəslində istifadə etmək lazımdır". Əslində isə ağ rəng təravətləndirdiyi, dərinin istənilən çalarına uyğun gəldiyi və həmişə səliqəli göründüyü üçün onu istənilən mövsümdə istifadə etmək olar!
- "Çanta ayaqqabının rəngi ilə uyğunlaşmalıdır". Zamanla bu qayda köhnəlib və dəb dünyasında ona çox az adam riayət edir.
- "Bir obrazda müxtəlif naxışlı əşyaları qarışdırmaq olmaz". Təbii ki, iki birrəngli əşyanı uyğunlaşdırmaq daha asandır, lakin naxışlı geyimləri uyğunlaşdırmaq da əsl bacarıq tələb edir.
- "Parıltı və ya naxışlı əşyaları axşam tədbirləri üçündür". Dəbli dizaynerlərin yeni şüarı "həmişə və hər yerdə parıldamaq"-dır.

- "Hündür qızlar hündür daban ayaqqabı geyinməməlidir". Hündür daban ayaqqabılar bütün xanımlara yaraşır və onlardan istifadə edib və ya istifadə etməmək yalnız xanımların özlərindən asılıdır.
- "Alçaq boyu olan xanımlar uzun don geyinə bilməzlər". Əslində isə belə donlar vizual olaraq alçaq boyu olan xanımları bir az daha hündür göstərə bilər.
- " Əgər siz, sizinlə eyni don geyinmiş bir xanım gördünüzsə, bu zaman həmin yerdən qaçın". Əlbəttə ki, bu o qədər də xoş olmayan bir məqamdır. Lakin siz məşhurlar kimi gülümsəyib və Instaqram üçün birgə foto çəkdirə bilərsiniz!
- "Öz görünüşünüzə ciddi yanaşın, çünki insanı geyiminə görə qarşılayırlar!" Əslində isə artıq hər kəs geyimə deyil, ağıla və dünyagörüşünə qiymət verməyə başlayıb.

- "Əgər kök görünmək istəmirsinizsə, bu zaman horizontal zolaqlı geyimlərdən istifadə etməyin". Əksinə əgər siz zolaqlı köynək geyinib və onun üstündən jaket geyinsəniz və jaketin yaxasını açıq qoysanız - bu sizi vizual olaraq daha qamətli göstərəcək.
- "Kedləri yalnız idman zalında geyinmək lazımdır". Son bir neçə ildə kedlər küçələrdən podiumlara keçib ki, indi onlar yalnız məşq şalvarları və ya cinslərlə deyil, həm də ətəklər, donlar və hətta gəlinliklər ilə uyğunlaşır.
- "Hər bir qadının qara donu, hündür daban ayaqqabısı, klassik çantası və s. olmalıdır". Əslində isə siz yalnız sizin xoşunuza gələn əşyalardan istifadə etməlisiniz.
- "Əgər köynəyi şalvarın içinə salırsınızsa, bu zaman qayış taxın". Əslində isə qayışı geyimə tam uyğun gəldiyi zaman istifadə etmək lazımdır.
- "Aksessuarlar nə qədər az olarsa, bir o qədər daha yaxşıdır". Dəbli xanımlar bir neçə aksessuarı da bir-biri ilə çox gözəl uyğunlaşdırıb cazibədar görünə bilərlər.
0 Yorumlar