Qidalanmada bəzi qaydalara riayət edin:
- Parça-parça yemək lazımdır, yəni tez-tez və kiçik porsiyalarla.
- Un məmulatlarının və şirniyyatın istehlakını minimuma qədər azaldın. Əgər bu çox çətindirsə, bu zaman 1-2 tikə qara şokolad yeyə bilərsiniz. Makaron sevərlər yalnız bərk buğda növündən hazırlanmış məmulatlara üstünlük verməlidirlər.
- Səhər yeməyi, nahar və şam yeməyi sağlam olmalıdır. Yağlı və qızardılmış yeməklərdən uzaq durun, sıyıq, meyvə yeyin, ət və balığı tərəvəzlərlə uyğunlaşdırın.
- Gün ərzində 1,5-2 litr su için.
- Yeməkdən dərhal sonra su və ya çay içməyin. İdeal olaraq yeməkdən 1-2 saat sonra içkilərdən istifadə etmək daha yaxşıdır.
- Çalışın son qida qəbulu yatmazdan 3 saat əvvəl olsun. Əgər bu çətindirsə, bu zaman qatıq və ya alma yeyin.
- Heç olmasa minimal fiziki yüklənmələrdən istifadə edin (sürətli yeriş və ya qaçış, trenajorlarlar, hovuz və ya ev şəraitində 15 dəqiqəlik məşqlər).

0 Yorumlar