Dondurmanın hazırlanması üçün lazım olacaq inqrediyentlər:
- Şirin yetişmiş banan - 4 ədəd (dondurulmuş və doğranmış halda),
- 2 ç.q. kokos yağı,
- 1 x.q. bal,
- 2 iri nektarin və ya şaftalı,
- Vanil,
- Bir çimdik duz.
- Moruq cemi üçün lazım olacaq inqrediyentlər:
- 150 q. moruq,
- 1 x.q. bal.
Hazırlıq prosesi:
- Bananları təmizləyin və doğrayıb soyuducuya qoyun.
- Blenderdə moruğu və balı qarışdıraraq hazır cemi stəkana tökün.
- Bananları soyuducudan çıxardıb, iki dəqiqə otaq temperaturunda saxlayın, sonra isə blenderdə xırdalayın.
- Blender bananı dondurma halına saldıqdan sonra ora kokos yağı, bal, vanil və duz əlavə edib yenidən qarışdırın. Dondurmaya şaftalı dilimləri əlavə edib, azca qarışdırın ki, dondurmanın içində meyvə tikələri qalsın. Dondurmanın üzərinə moruq cemi əlavə edib dərhal süfrəyə verin.
Nuş olsun!

0 Yorumlar