Yay mövsümündə hər kəs xoş təəssüratlar almaq üçün isti dənizdə çimməyə və günəşin altında qaralmağa tələsir.
Dəniz sahilində dincələrək, isti günəş şüalarında və sərin dəniz suyunda çimərək, biz hər zaman nəyin faydalı nəyin zərərli olduğu haqqında düşünə bilmirik. Bu zaman hər kəs üçün istirahət etmək, dəniz mənzərəsinin gözəlliyini seyr etmək və xoş təəssüratlar almaq əsas olur. Lakin məzuniyyət bitdikdən sonra biz cəzbedici qaralmış dəri, xoş xatirələrlə yanaşı zərər çəkmiş saçlara da sahib oluruq. Bu zaman saçların bərpa edilməsi üçün bizə vaxt və səbr lazım olacaq.
İstirahətdən qayıtdıqdan dərhal sonra yeni saç kəsimi edin ki, saçqıranlardan azad olasınız. Heç bir halda saçlarınızı rəngləməyin.
Ən güclü zədəni dəniz duzu ilə günəş şüalarının uyğunluğu yaradır, çünki onlar bizim saçlarımızın əsas qurucusu olan keratini zədələyir. Sizin hovuzda və ya dənizdə çimdiyinizdən asılı olaraq, dəniz duzu və ya xlor hissəcikləri saçlara hopub onları tutqun və zərif edir.
Saçlarınızı dərindən təmizləyin. Ayda bir dəfə xüsusi şampunlardan istifadə edə bilərsiniz. Qalan vaxtda isə neytral şampunlardan istifadə edin. Bundan başqa istifadə etməyə öyrəşdiyiniz şampuna bir-iki damcı zeytun və ya badam yağı əlavə edin. Bu zaman saçlarınız ipək kimi və yumşaq olacaq.
Təmizləmədən sonra saçlarınızı bərpa edin. Bunun üçün saçları nəmləndirmək lazımdır ki, burada sizin köməyinizə müxtəlif nəmləndirici kosmetik vasitələr çatacaq.
Ən sadə qulluq proseduru kimi siz istifadə etdiyiniz şampuna 1-2 damcı sidr və ya büxurun efir yağından əlavə edin. Saçlara qulluq maskalarına siz bir neçə damcı efir yağlarından da əlavə edə bilərsiniz. Yağlar saçlara elastiklik verir, onların tez qırılmasının qarşısını alır, saçqıranlardan qoruyur, saçları dərin qidalandırır və saç strukturunu bir anda yaxşılaşdırır.
Bəzən saçları mineral su ilə də yaxalamaq lazımdır. Siz gün ərzində mineral su və termal su ilə dolu olan tozlandırıcıdan da istifadə edə bilərsiniz.
Düzgün qulluq nəticəsində saçlarınız keçmiş gözəlliyini əldə edəcək və daha yaxşı görünəcək. Öz saçlarınıza ehtiyatla yanaşın, onlara qulluq edin, çünki saçlarınızın gözəlliyi – sizin gözəlliyinizdir.

0 Yorumlar